Səudiyyə Ərəbistanı raketdən müdafiə silahları alacaq
Tarix: 27.12.2017 | Saat: 18:13:00 | E-mail | Çapa göndər
Son zamanlar Səudiyyə Ərəbistanına atılan raketlərə görə, BMT-nin Təhlükəsizlik Şurası Yəməni qınayıb. Xatırladaq ki, Yəmən tərəfindən zərbələrdə əsas hədəf Əl-Yamamdakı Kral sarayı idi. Lakin atılan raketlər hədəfə çatmadan, ya zərərsizləşdirilir, ya da ki, kursdan kənarlaşdırılırdı. Belə görünür ki, Səudiyyə Ərəbistanı raket əleyhinə müdafiə sistemini gücləndirmək niyyətindədir.
Məhz, bu baxımdan ölkə üçün «çətir» rolunu oynaya biləcək namizəd kimi, Amerikanın «THAAD» və Rusiya istehsalı olan S-400 «Triumf» hava müdafiə sistemləri nəzərdən keçirilir.
«RİA Novosti» saytında dərc edilən materialda rəqiblərin mahiyyəti və səyləri barədə məlumat verilir.

S-400 daha yaxşı uzağı, «THAAD» isə yüksəkliyi vurur

Obyektiv olaraq S-400 «Triumf» hava müdafiə sistemi ilə «THAAD»-ın başlıca göstəriciləri nədən ibarətdir? İlk olaraq qeyd edək ki, «Triumf» əsasən aerodinamik hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Bura təyyaralər, qanadlı raketlər və pilotsuz uçan obyektlər daxildir.

«THAAD» isə başlanğıcda kiçik və orta səviyyəli ballistik raketlərə qarşı mübarizə aparan bir sistemdir. Amerikalı mütəxəssislərin bildirdiyinə görə, müdafiə sistemi kimi dəyərləndirilən bu sistem 150, bəzi mənbələrə görə isə 200 km-ə qədər məsafədə hədəfləri məhv etməyə qadirdir.
«Triumf»-un ən yeni təyyarə əleyhinə raket sistemi olan «40H6E» versiyası isə 30 kilometrdən yuxarı olan obyekti vurmaq qabliyyətində deyil. Buna baxmayaraq, bəzi mütəxəssislərin fikrincə, taktiki raketlərlə mübarizə aparmaqda hündürlüklə bağlı məsələ o qədər də vacib deyil.
"Hərbi əməliyyatların müdafiə sistemində hədəflərin məhv edilməsi yüksəklidə deyil, enən treaktoriya üzrə həyata keçirilir»-deyə «RİA Novosti» saytına danışan rusiyalı general-leytenant Ayteç Bijevin sözlərinə görə, «1980-ci illərin sonlarında paytaxtın raket müdafiə sistemi üçün iki «S-300V2» alayı nəzərdə tutulub. Bu gün Moskvanı müdafiə edən Kapustin Yar modeli üçün hədəf stratosferdən başlayır».
Yeri gəlmişkən, bildirilir ki, bu gün Səudiyyə Ərəbistanı üçün başlıca təhlükə "Luna-M" sovet kompleksi əsasında yaradılmış R-17 "Skad", "Kaxir" və "Zelzal" tipli taktiki raketlərdir. Onu da qeyd edək ki, bu gün Amerika və Rusiya kompleksləri arasındakı əsas fərq hərəkət prinsipi ilə bağlıdır. Əgər "Triumf" partladıqdan sonra hədəfi parçaları ilə vurursa, döyüş başlığından məhrum «THAAD» dəqiq bir kinetik blokla raketə tərəf atəş açır.
«THAAD» ilə "Triumf"-un ən əhəmiyyətli fərq onlar arasındakı qiymət fərqidir. «THAAD»ın altı raketdən ibarət bir batareyasının dəyəri 2,3 milyard dollar təşkil edirsə, S-400 hissəsinin dörd raket üçün qurğunun dəyəri təxminən 500 milyon dollar təşkil edir. Belə ki, Rusiya kompleksi Amerika istehsalından təxminən altı dəfə ucuzdur.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
20.01.2018
Türkiyə Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb
19.01.2018
Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib
19.01.2018
Rusiya Afrindən çəkilir: Türkiyə ordusu Suriyada hərbi əməliyyat keçirəcək
19.01.2018
“Afrin əməliyyatı keçiriləcək“
19.01.2018
“The Washington Times”: “Mədəniyyətlər və sivilizasiyalar Bakıda görüşür”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8220

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info