Fransız tarixçi İv Benar: “Ermənilərə qarşı soyqırımı olmayıb”
Tarix: 27.12.2017 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Ermənilərin azərbaycanlılara qarşı etdiyi vəhşiliklər artıq dünyanın məşhur tarixçilərinin də araşdırma mövzusuna çevrilib. Bu istiqamətdə dünya ailmləri tərəfindən saysız kitablar nəşr olunub. Elə fransız tarixçi İvBenarın “Türk-erməni fikir ayrılığı” adlı yeni kitabı da bu mövzudadır. İvBenar bu kitabı ilə bağlı AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib: “XXI əsrdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətdir. Yeni kitabımda ermənilərin dəhşətli əməllərini ictimaiyyətə çatdırmaq və onların “erməni soyqırımı” adlandırdıqları hadisələrdə, əslində, daha çox türklərin qırğına məruz qaldıqlarını göstərməkdir”.
Tarixçi bildirib ki, bu kitab onun beşillik elmi tədqiqatlarının bəhrəsidir, yalnız yazılı mənbələrə və canlı şahidlərin fikirlərinə əsaslanır. O, kitabı yazarkən Fransanın, eləcə də Türkiyənin kitabxana və arxivlərində tədqiqat apardığını, ermənilərin iddia etdikləri “soyqırımı” ilə bağlı həmin hadisələri yaşamış ailələrin üzvləri ilə Türkiyədə görüşdüyünü deyib. “Təəssüf ki, bu insanların əksəriyyəti dünyasını dəyişib. Amma, az da olsa, belə insanlarla görüşüb onları dinləmişəm. Həmin insanlar yaşadıqları dəhşətləri danışanda göz yaşlarına qərq olurlar. Onların söylədikləri insanın qəlbini ağrıdır”, - deyə o qeyd edib.
İvBenar tədqiqatının qərəzli olmaması üçün hər iki tərəfi dinləməyə hazır olmasına baxmayaraq, ermənilərin onunla görüşdən imtina etdiklərini bildirib. Erməni yazılı mənbələrinə və kitablarına da müraciət etdiyini deyən alim oxuduqlarından, şahidlərin söylədiklərindən dəhşətə gəldiyini, onda getdikcə “erməni soyqırımı” deyə bir hadisənin olmadığına, bunun ermənilərin mifi olduğuna əminlik yarandığını vurğulayıb.
İkinci Dünya müharibəsi dövründə Fransanın Oradur-sür-Qlan kəndinin bütün sakinlərinin nasistlər tərəfindən yandırıldığını xatırladan fransız tarixçi ermənilərin törətdiyi dəhşətlərin daha qəddar olduğunu bildirib. “Müraciət etdiyim yazılı mənbələrdə qeyd olunub ki, ermənilər türkləri və azərbaycanlıları evlərinə, məscidlərə və anbarlara dolduraraq diri-diri yandırıblar. 1914-1918-ci illərdə cəmiyyətin yararlı kişilərinin müharibədə olduğu bir vaxtda Daşnaksutyun partiyasının üzvləri mülki şəxsləri - qadınları, uşaqları və qocaları kütləvi halda qətlə yetirib və kəndləri yandırıblar. Ermənilərin iddia etdikləri “soyqırımı” zamanı, əslində, daha çox türklərin qətlə yetirildiyini yazılı mənbələr təsdiqləyir. Ermənilərdən də ölənlər olub, ancaq iddia edildiyi sayda yox. Ermənilər əvvəllər 1 milyon 500 min erməninin qətlə yetirildiyini iddia edirdilər. Sonradan bu rəqəmi 2 milyona qaldırdılar. Halbuki cəmi 400 min erməni ölüb ki, onların əksəriyyəti öz əcəli ilə dünyasını dəyişib, digərləri türklər və fransızlar kimi həmin dövrdə bütün ölkələrin məruz qaldığı aclıq və soyuqdan həlak olublar. Bütün bunlar yazılı mənbələrdə də öz təsdiqini tapır. Ermənilərə qarşı heç bir planlaşdırılmış kütləvi qırğın olmayıb”, - deyə İ.Benar diqqətə çatdırıb.
Tarixçi alim ermənilərin azərbaycanlılara qarşı törətdikləri dəhşətli hadisələrin şahidləri ilə də görüşüb, onları dinlədiyini vurğulayıb. O deyib: “Həmin dövrün səfirlərinin yazılarını oxuyanda ermənilərin törətdiyi dəhşətlər barədə məlumat əldə edirik. Yeni kitabımı oxuyanlar bu mövzuda daha asanlıqla danışa biləcəklər, çünki bu kitab çoxsaylı sübutları əks etdirir”.
Qeyd edək ki, tarixçi İvBenar 2009-cu ildə “Erməni soyqırımı, yoxsa bizi aldadıblar?” adlı birinci kitabının nəşri zamanı erməni lobbisinin təzyiqlərinə və təhqirlərinə məruz qalıb. O, kitabın çapı üçün 60-a qədər müxtəlif nəşriyyata müraciət etsə də, onlardan çoxu cavab verməyib və ya imtina edib. Buna baxmayaraq, alim sonuncu kitabını çap etdirməyə nail olub.

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışlayır”
Yeri gəlmişkən, Rusiya xarici işlər nazirinin müavini QriqoriKarasin deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışlayır.
Q. Karasin 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammiti keçirildiyini xatırladıb: "Bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Bununla əlaqədar həmsədrlər noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirdilər. Dekabrda isə Vyanada ATƏT XİN başçıları Şurasının iclasında nazirlərin görüşü təşkil olundu. Münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olundu, hansılar ki, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Bundan başqa, münaqişə zonasında vəziyyətin deeskalasiyasına yardım edəcək mümkün fəaliyyətə dair məsələlərə baxıldı. Tərəflərə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verildi. Nazirlər Qarabağ münaqişəsinin nizamlanması və digər məsələlərlə bağlı danışıqları 2018-ci ilin yanvarında həmsədrlərin iştirakı ilə davam etdirməyə razılaşdılar".

Nazir müavini rəsmi Moskvanın gələn ilin yanvarında keçiriləcək Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışladığını söyləyib: "Rusiya bu görüşün nəticəli olmasında maraqlıdır. Yerevan və Bakının görülmüş işlər əsasında güzəştlərin axtarılmasında səylərini dəstəkləyirik. Minsk qrupundakı həmsədrlərlə birlikdə öz tərəfimizdən həlli gecikmiş münaqişənin sülh yolu ilə həllinə bundan sonra da yardım edəcəyik. Rusiya, ABŞ və Fransanın bu vahid mövqeyi Vyanada ATƏT XİN başçılarının iclasında üç ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında da dəqiq qeyd olunub".

“Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyinə təhdiddir”
Bu arada Ukraynanın sabiq Prezidenti ViktorYuşenko da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirib: “Bu gün Azərbaycanın qarşısında duran əsas problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ümid edirəm ki, bu problem tezliklə ədalətli həllini tapacaq”.
ViktorYuşenko bildirib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.
“Mən Dağlıq Qarabağ münaqişəsinin daim beynəlxalq hüquq, ərazi bütövlüyü, dövlətlərin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərinin pozulmazlığı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllinin tərəfdarı olmuşam”, - deyə sabiq prezident əlavə edib.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi regionun təhlükəsizliyinə təhdiddir. Ona görə də beynəlxalq təşkilatlar münaqişənin tezliklə həllinə çalışmalıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
12.10.2018
Pakistan Prezidenti: “Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistan Ermənistanı dövlət kimi tanımır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10282

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info