Kreml və Ağ Ev “Suriya piroqu”nu bölə bilmir
Tarix: 27.12.2017 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Rusiya:
“ABŞ Suriyadakı bazasında “İŞİD” terrorçularını hazırlayır”


Pentaqon:
“Suriya və İraqda “İŞİD” qruplaşmasının minə yaxın silahlısı qalıb”


“Hazırda Suriya və İraqda “İŞİD” qruplaşmasının təxminən min nəfərə yaxın silahlısı qalıb. TASS informasiya agentliyi xəbər verir ki, bunu ABŞ-ın quru qüvvələrinin polkovniki Rayan Dillon “Military.com” internet portalına müsahibəsində bildirib. O, həmin ölkələrdə ABŞ-ın başçılığı ilə digər dövlətlər tərəfindən aparılan “Inherent Resolve” (Sarsılmaz qətiyyət) əməliyyatı qərargahının rəsmi nümayəndəsidir. Polkovnikin sözlərinə görə, koalisiyanın qüvvələri hazırda qruplaşmanın qalıqlarının hər hansı hücumunun qarşısının alınmasına yönəldilib. O, həmçinin “İŞİD”-in Suriya və İraqda ələ keçirdiyi ərazilərin 98 faizinin geri alındığını deyib.
ABŞ prezidentinin “İŞİD” qruplaşması ilə mübarizədə digər ölkələrlə qarşılıqlı fəaliyyət məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurk isə ötən həftə bildirmişdi ki, Suriyada hərbi əməliyyatlar daha bir neçə ay davam edə bilər. Amerikalılar qruplaşma tam məhv edilənə qədər bu ölkələrdə qalacaqlar. Makqurk, həmçinin xatırladıb ki, iki il əvvəl Suriya və İraqda 110 ölkədən gələn 40 mindən çox silahlı var idi. Pentaqonun saytında dərc olunan məlumata əsasən, 2014-cü il avqustun 8-də başlayan “Inherent Resolve” əməliyyatı bu il iyun ayının sonunadək ABŞ-a ümumilikdə 14,3 milyard dollara başa gəlib. Gün ərzində bu məqsədlərə 13,6 milyon dollar xərclənir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov isə bildirib ki, ABŞ Suriyadakı “Ət Tanf” hərbi bazasında “İŞİD” terrorçularını hazırlayır. “Bu baza Suriyanın cənubundadır, radiusu 55 km olan ərazi ilə məhdudlaşıb. Suriya, İordaniya və İraq sərhədlərinin kəsişməsində yerləşir. Kosmik və digər kəşfiyyat məlumatlarına əsasən, bazada silahlı dəstələr var. Onlar orada faktiki olaraq hazırlaşırlar”, - deyə general “Komsomolskaya Pravda” nəşrinə müsahibəsində bildirib. Gerasimov terrorçuların Suriyanın “Şəddadi” düşərgəsində də olduğunu qeyd edib. Onun sözlərinə görə, oradakı silahlılar faktiki olaraq “İŞİD” terrorçularıdır: “Onlarla müəyyən müddət çalışdıqdan sonra, həmin dəstələr “rəngini” və adını dəyişərək, məsələn, “Yeni Suriya Ordusu”na çevrilir. Onların vəzifəsi vəziyyəti gərginləşdirməkdir. Biz bilirik ki, Şəddadidən Ət Tənfa bazası istiqamətində 400-dək silahlı gedib . “İŞİD”-in əsas qüvvələri məhv edildikdən sonra, onlar hücuma keçərək, vəziyyəti gərginləşdirməyə çalışıblar. Lakin itki verərək, geri çəkilməli olublar”. Onun sözlərinə görə, hazırda 750-dək silahlı “Şəddadi” bazasında, 350-dək isə Ət Tanfa bazasındadır. General bildirib ki, “Ət-Tanf” bazası hazırda Suriya hökumət qoşunları tərəfindən tam şəkildə bloklanıb: “Karyaten şəhərinin onlar tərəfindən ələ keçirilməsi təhlükəsi yaranmışdı. Biz vaxtında tədbirlər görə bildik. Həmin bazadakı silahlılar məğlubiyyətə uğradılar, hətta əsir düşənlər də oldu. Aydındır ki, orada tam şəkildə hazırlıq gedir”. Orada olan koalisiya qüvvələri Rakka, Deyr-əz-Zor və Hasakada döyüşən qüvvələrə də yardım edir. Gerasimov bildirib ki, “İŞİD” terrorçuları ilə müəyyən iş aparılandan sonra onlar adlarını dəyişirlər. Məsələn, “Yeni Suriya ordusu” adı ilə fəaliyyətə başlayırlar və əsas məqsədləri də Suriyada vəziyyəti destabilləşdirməkdir. Onun sözlərinə görə bu baza ilə bağlı Amerika tərəfinin cavabı anlaşılmazdır: “Biz deyirik ki, ABŞ bazasının yerləşdiyi həmin yer uyğun deyil. Üstəlik Suriya ərazisi “İŞİD” terrorçularından təmizlənib. Orada heç bir təhlükə yoxdur. Belə olan halda, orada baza yaratmağa nə ehtiyac var? Məqsədiniz nədir? ABŞ-ın Ət-Tanfda baza yaratmasına heç bir ehtiyac yoxdur”. Rusiyanın “Ət-Tanf” bazası ilə bağlı açıqlamalarından sonra Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub. Məlumata görə, tərəflər Suriyadakı vəziyyəti, xüsusən, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması məsələsini müzakirə ediblər. Həmçinin Şimali Koreyadakı vəziyyəti danışıqlar proseslərinə keçidin vacibliyi qeyd olunub.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“1in.am”: “Paşinyan Brüssel səfərindən xeyli narazı qayıdıb”
15.07.2018
Kays Minasyan: “Ruslarla daha sərt danışmalıyıq”
14.07.2018
Bütün ermənilərin Katolikosu təhlükədədir?
13.07.2018
Paşinyan: «Avropanın Ermənistanla bağlı mövqeyi aydın deyil»
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9628

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info