“TAP layihəsi İtaliyada qrafik üzrə irəliləyir”
Tarix: 27.12.2017 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


“Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi İtaliyada qrafik üzrə irəliləyir”. Bunu AZƏRTAC-a eksklüziv açıqlamasında TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib. O bildirib ki, 2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər ikinci dərəcəli icazələrin alınması üzrə işlər davam etdirilir: “TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşası çərçivəsində bu ilin mart-iyul aylarında mikrotunelin tikiləcəyi ərazidən zeytun ağacları çıxarılıb. Həmin ağaclar yaxınlıqdakı bir uşaq bağçasına köçürülüb. Ağaclar burada təmənnasız saxlanılacaq və onlara müvafiq qulluq göstəriləcək. Boru kəmərinin tikintisi işləri başa çatdıqdan sonra həmin zeytun ağacları öz yerlərinə geri qaytarılacaq. Bundan başqa, TAP-ın dəniz hissəsinin inşasında istifadə olunacaq boruların sonuncu partiyası da sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb. TAP-ın Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür”. Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 60 faizdən çox tamamlanıb. Bu irəliləyiş TAP-ın keçdiyi hər üç ölkəni - Yunanıstan, Albaniya və İtaliyanı əhatə edir. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
“Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”
16.06.2018
“TANAP Gürcüstanın tranzit potensialını artıracaq”
15.06.2018
İlham Əliyev və Nikol Paşinyan görüşü barədə danışmaq hələ tezdir
15.06.2018
“Gürcüstanın TANAP-ın açılışında yüksək səviyyədə iştirak etməməsi ölkədaxili siyasi vəziyyətlə bağlıdır“
14.06.2018
“Bu ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9418

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info