Timur Əsgərov qraf Albert rolunda
Tarix: 28.12.2017 | Saat: 08:39:00 | E-mail | Çapa göndər
2018-ci il yanvarın 7-də, 10-da və 30-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Adolf Adanın “Jizel” baleti nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, yanvarın 7-də səhnə əsərində qraf Albert rolunu həmvətənimiz Timur Əsgərov canlandıracaq. Baletin dünya premyerası 1841-ci ildə Parisdə olub. Səhnə əsəri Sankt-Peterburqda ilk dəfə 1842-ci ildə oynanılıb. Sankt-Peterburqda Marius Petipanın redaktəsində baletin premyerası isə 1884-cü ildə olub.
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
16.01.2018
Pianoçular üçün müsabiqə
16.01.2018
Heydər Əliyev Sarayında maraqlı proqram olacaq
15.01.2018
Ölkəmiz beynəlxalq müsabiqədə təmsil olunacaq
15.01.2018
“Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info