Madriddə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Yeni İl qeyd olunub
Tarix: 28.12.2017 | Saat: 12:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Madriddə və İspaniyanın digər bölgələrində yaşayan azərbaycanlılar iştirak edib.
Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov həmvətənlərimizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edərək onlara ölkəmizin inkişafı naminə göstərdikləri fəaliyyətlərində uğurlar arzulayıb.
Həmrəylik gününün tarixindən və əhəmiyyətindən bəhs edən səfir A.Məhərrəmov bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və 1991-ci ildən etibarən Azərbaycan xalqının böyük qürur hissi ilə qeyd etdiyini vurğulayıb.
Diplomat milli birliyin, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşması istiqamətində atılmış bu vacib addımın davamı olaraq sonrakı illərdə dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və görülmüş digər tədbirlər nəticəsində dünya azərbaycanlılarının təşkilatlanması prosesinin daha da gücləndiyini qeyd edib.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Anar Məhərrəmov ölkə daxilində dayanıqlı siyasi və iqtisadi sistemin formalaşdırıldığını və ölkəmizin son illərdə bir sıra dünya miqyaslı tədbirlərə uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Səfir xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasətin nəticələri barədə geniş məlumat verərək, Prezident İlham Əliyevin dünya azərbaycanlılarının qurultaylarında etdiyi çıxışlarında ölkəmizin milli maraqlarının qorunması, təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsini xüsusi vurğuladığını və onları milli birliyə xidmət edən fəaliyyətlərində səfərbər olmağa çağırdığını qeyd edib.
Mərasimdə iştirak edənlər Azərbaycan icmasının təşkilatlanmasında səfirliyin göstərdiyi fəaliyyətin təqdirəlayiq olduğunu bildirərək, İspaniyada yaşayan azərbaycanlıların ölkəmizin milli maraqlarının qorunması və təbliğat işinin aparılmasına həmişə hazır olduqlarını deyiblər. Bu baxımdan öz fəaliyyətlərini gələcəkdə daha da artıracaqlarını qeyd ediblər.
Daha sonra tədbir iştirakçıları milli təamlarımızdan dadıblar, balacalara isə Yeni il hədiyyələri təqdim edilib.
Tədbirdə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə həsr olunmuş videoçarx nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info