Azərbaycan Texniki Universitetində bayram tədbiri
Tarix: 28.12.2017 | Saat: 14:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğunu söyləyib. Müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin uğurlu nəticələrindən söz açan X.Yahudov ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. X.Yahudov ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin sürətlə inkişaf etdiyini söyləyib, xalqımızın nurlu sabahına inamını ifadə edib, əlamətdar gün münasibətilə müəllim və tələbələri təbrik edib. AzTU-nun Maşınqayıtma fakültəsinin dekanı Ərəstun Məmmədov regiondakı geosiyasi vəziyyətdən danışıb, mənfur qonşularımızın bizə qarşı antitəbliğat kampaniyalarına tutarlı cavab vermək üçün həmrəyliyin çox önəmli olduğunu bildirib. O, tələbələrə Vətənə sadiq, layiqli vətəndaş olmağı tövsiyə edib. Universitetin Radiotexnika və rabitə fakültəsinin tələbəsi Elnarə Əkbərzadə isə çıxışında bildirib ki, Azərbaycan gəncləri ölkəmizin daha da güclənməsi üçün həmrəylik missiyasını uğurla davam etdirirlər. Tədbirdə universitetin ictimai işlərində fəallıq göstərən tələbələrə sertifikat və hədiyyələr verilib. Sonda tələbələrin hazırladıqları maraqlı ədəbi-bədii kompozisiya təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi
13.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9422

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info