Folklor İnstitutunun təşkilatçılığı ilə elmi konfrans keçirilib
Tarix: 28.12.2017 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklorun sosial aspektləri: kommunikasiya və virtual ənənə” mövzusunda respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Azərbaycan folklorşünaslığının son illər ictimai-humanitar elmlər arasında nəzəri-metodoloji araşdırma istiqamətlərinin müasir dünya standartlarına uyğunlaşması baxımından intensiv inkişaf edən elm sahələrindən olduğunu deyib. Vurğulanıb ki, xalqımızın milli mənəvi dəyərləri, dövlətçilik təfəkkürü və etnik özünəməxsusluğunu bütöv mədəni sistem səviyyəsində təcəssüm etdirən folklorun müasir nəzəri-metodoloji prinsiplər əsasında araşdırılması xüsusi əhəmiyyət daşıyır.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov diqqətə çatdırıb ki, folklorşünaslığın nəzəri-metodoloji problemlərinin yeni elmi paradiqmalar şəklində araşdırılması rəhbərlik etdiyi qurumun mühüm elmi istiqamətlərindəndir. Bildirilib ki, folklor kimi mürəkkəb mədəniyyət fenomeninin ümumnəzəri izahı ilə bağlı sovet dövründə formalaşmış elmi stereotiplər hazırda folklorun sosial-mədəni mahiyyətinin öyrənilməsi üçün yetərli deyil.
Konfransda “Kommunikasiya folklorun funksional strukturunun sosial şərti kimi”, “Texnokulturoloji mühitdə folklor: virtual ənənə və kommunikasiya”, “Edip kompleksinin məna yaradıcı gücü: psixoloji konfliktdən sosial-mədəni normalara” və “Şifahi ünsiyyət prosesində folklorun semantikası” mövzularında məruzələr dinlənilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
Ağcabədidə məhsul istehsalının həcmi 1,5 dəfə artıb
16.07.2018
Cəbrayıl haqqında film ingilis dilində
15.07.2018
Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
15.07.2018
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
15.07.2018
DTX Yunis Səfərovla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş şəxsləri saxlayıb

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9628

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info