İnternet resurslarında anonim şərh yazmaq qadağan edildi
Tarix: 29.12.2017 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Qazaxıstanda Nursultan Nazarbayev tərəfindən imzalanan qanun internet resurslarında şəxsiyyətin təhqir edilməsi və sosial-millətlərarası ədavəti qızışdıran şərhlərin qarşısını almaq üçündür

“Yeni qanun istifadəçinin uydurma bir adla internetdən istifadə etməsini, şərh yazmasını qadağan etmir. Sadəcə internet portalın sahibinə həmin uydurma ad altında kimin qeydiyyatdan keçdiyi məlum olacaq”

“Bəziləri internet sahəsinə tənzimləməni söz azadlığına vurulan zərbə kimi dəyərləndirsə də, bir çoxları əksini düşünür. Belə ki, dövlətin informasiya sahəsində təhlükəsizliyinin təmin olunmasının nə qədər vacib olduğunu düşünən və dəstəkləyənlərin sayı kifayət qədər çoxdur. Torpaqlarımızın 20 faizinin erməni işğalında olması, Ermənistan və erməni lobbisi kimi amil, dövlətimizin müstəqil siyasət aparmasının istəməyən bəzi dairələrin mövcudluğu informasiya təhlükəsizliyinin bizim üçün nə qədər vacib olduğunu göstərir”
Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev bir sıra qanunvericilik aktlarına dəyişikliklə bağlı qanunları imzalayıb. Ən çox diqqət çəkən məsələ informasiya və kommunikasiya sahəsi ilə bağlı qanunvericilik aktlarıdır. Belə ki, yeni düzəlişlər internet resurslarında anonim şərhlərin yazılmasını qadağan edir. “RİA Novosti” xəbər verir ki, yeni düzəlişlərdən sonra internet istifadəçiləri Qazaxıstan internet resurslarında anonim şərhlər yaza bilməyəcək. Saytların sahibləri üçün oxucularla SMS-idenfikasiya və ya elektron hökumət portalı vasitəsilə identifikasiya ilə bağlı müqavilə imzalamaq məcburi olacaq. Bu məsələ ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, Nazarbayevin Qazaxıstanın informasiya və kommunikasiya məsələləri sahəsində qanunvericilik aktlarına bəzi dəyişikliklə bağlı imzaladığı qanun bu sahədə qanunvericiliyin daha da təkmilləşməsinə xidmət edir. Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abaev bildirib ki, bu normaların tətbiqi internet resurslarında şəxsiyyətin təhqir edilməsi və sosial-millətlərarası ədavəti qızışdıran şərhlərin qarşısını almaq üçün tətbiq edilir. Yeni qanun istifadəçinin uydurma bir adla internetdən istifadə etməsini, şərh yazmasını qadağan etmir. Sadəcə internet portalın sahibinə həmin uydurma ad altında kimin qeydiyyatdan keçdiyi məlum olacaq. Qeyd edək ki, internet portallarda, sosial şəbəkələrdə anonim adlar altında qeydiyyatdan keçən bəzi şəxslər “anonimlik” altında gizlənərək açıq təhqirlərə yer verir, millətlər arasında ədavəti qızışdırırlar. Bu anonimlik bir çox hallarda dövlətlərin informasiya təhlükəsizliyinin təmin olunmasına da ziyan vurur. Belə ki, sosial şəbəkələr və digər internet resurslarında təxribat xarakterli yalan məlumatlar yayılır. Bununla da dövlətlərin daxili işlərinə müdaxilə edilir, daxili sabitliyin pozulmasına cəhdlər olur. İnternet sahəsində tənzimlənmə aparılması ilə bağlı məsələ qlobal səviyyədə müzakirə edilir. Bu məsələyə fərqli yanaşmalar var. Bəziləri internet sahəsinə tənzimləməni söz azadlığına vurulan zərbə kimi dəyərləndirsə də, bir çoxları əksini düşünür. Belə ki, dövlətin informasiya sahəsində təhlükəsizliyinin təmin olunmasının nə qədər vacib olduğunu düşünən və dəstəkləyənlərin sayı kifayət qədər çoxdur. Torpaqlarımızın 20 faizinin erməni işğalında olması, Ermənistan və erməni lobbisi kimi amil, dövlətimizin müstəqil siyasət aparmasının istəməyən bəzi dairələrin mövcudluğu informasiya təhlükəsizliyinin bizim üçün nə qədər vacib olduğunu göstərir. Qonşu Rusiyada bu məsələ ilə bağlı artıq konkret addımlar atmağa başlayıb. Dövlət Dumasında qəbul edilən bəzi qanunlar artıq gələn ilin yanvarından qüvvəyə minəcək. Həmin qanunlara əsasən, internet resurslarında anonimlik və şəbəkələrdə qadağan olunmuş kontentlərə qarşı mübarizə aparılacaq. Messencerin nizamlanması ilə bağlı düzəlişlər təşkilatçıların üzərinə istifadəçilərin telefon nömrələri ilə identifikasiya etmək öhdəliyi qoyur. Düzəlişlərdən biri də internetdə anonimliklə bağlıdır. Maraqlıdır ki, “Roskomnazor”un rəhbəri Alksandr Jarov “RT”-yə açıqlamasında bildirib ki, internetdə anonimlik deyilən bir şey yoxdur. Onun sözlərinə görə müasir texnologiyalar birbaşa və dolayı identifikatorlar- səs, üz, şəbəkədə özünü aparma, sayta müntəzəm baxış və s. vasitəsilə şəxsiyyəti müəyyənləşdirməyə imkan verir: “İnternetdə anonimlik nağıldır. Biz hamımız transmilli nəhənglərin lupası altındayıq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
Vaşinqton “Patriot”ların Türkiyəyə satışına razılıq verdi
18.12.2018
İsrail parlamenti Ermənistanın tibb universitetlərinin saxta diplomları ilə bağlı həyəcan təbili çalıb
18.12.2018
Erməni baş leytenant xidmət yoldaşını güllələdi
18.12.2018
Ermənistanda qiymətlər artır, əməkhaqqı isə azalır
17.12.2018
Gürcüstan müxalifəti yeni aksiyalara başlayır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info