“Ermənistan mafiya dövlətidir”
Tarix: 29.12.2017 | Saat: 12:33:00 | E-mail | Çapa göndər


“Armenianreport”: “Qanuni oğru” Tatulyan Erməni İnvestorları Klubunun üzvüdür və Ermənistan XİN bu şəxsə diplomatik pasport verib”

Dəyərli oxucular xatırlayırsa, bir müddət bundan əvvəl erməni aktyoru Mher Mkrtıçyanın dul qadını Tamara Hovvanisyan erməni mətbuatına verdiyi açıqlamalarının birində belə demişdi: “Müstəqilliyini çoxdan itirmiş Ermənistan hansı vəziyyətdə olduğunu son günlər aydın göstərdi. Mən utanıram, amma rəhbərlərimiz utanmırlar. Çünki utanmaz və həyasız insanlardır".
Elə ermənilərin “Armenianreport” saytında dərc olunun yazı da bu səpkidədir. Bunu erməni yazarın etirafı kimi də dəyərləndirmək olar. Yazıda deyilir: “Mən açıq şəkildə Sərkisyan rejiminin mafiya üzərində qurulduğunu bəyan edirəm. Ermənistanın Avropa İttifaqı ilə imzaladığı saziş də bu məsələdə heç bir şey dəyişə bilməyəcək. Bu ilin noyabrında Brüsseldə Avropa İttifaqı ilə imzalanmış sənəd ictimaiyyətə hakimiyyətimizin ciddi uğuru kimi təqdim edildi. Serj Sərkisyan yüksək pafosla bu razılaşmanın son dövrdə ikitərəfli münasibətlərin əhəmiyyətli inkişafını əks etdirən və onların dərinləşdirilməsi üçün lazım olan meyarları müəyyən edəcəyini bəyanladı. O, həmçinin Aİ ilə imzalanmış sazişin Ermənistanda təhlükəsizlik və demokratiyanın möhkəmləndirilməsinə də kömək edəcəyini bildirdi. Lakin, artıq Ermənistanda bu nağıllara heç kəs inanmır. Bu gün cinayətkarlar birləşməsindən təşəkkül tapan Ermənistanda ancaq pul və güc qanunu hökm edir. Bu yaxınlarda “Robson” kimi tanınan qanuni oğru Ruben Tatulyan Ermənistana gəlib.

“İstənilən sivil ölkədə axtarışda olan cinayətkarın hökumət üzvləri ilə sakitcə görüşü böyük qalmaqala səbəb olardı. Ancaq bu hadisə cinayətkarlarla əlaqədə olan Ermənistan hakimiyyəti üçün adi haldır”

Xatırladaq ki, bu şəxsin adı Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin Xarici Aktivlərin İdarə edilməsi ofisi tərəfindən sanksiya tətbiq edilən 10 "qanuni oğru" siyahısına salınıb. Görün “qanuni oğru” Ermənistanda necə qarşılanır? Ermənistanın «Marriott» mehmanxanasında oliqarx dairələrlə görüş keçirən “qanuni oğru”nun qonaqları arasında rəsmi şəxslər, eləcə də deputat Samvel Aleksanyan olub. Tatulyan Erməni İnvestorları Klubunun üzvüdür və ən dəhşətlisi isə Ermənistan Xarici İşlər Nazirliyi bu şəxsə gömrük və sərhəd xidmətindən yoxlamasız keçməyə imkan verən diplomatik pasport verib. Təbii ki, istənilən sivil ölkədə, ABŞ hüquq-mühafizə orqanları tərəfindən axtarılan cinayətkar bir şəxsin maliyyə yardımı ilə təmin etdiyi hökumət üzvləri ilə sakitcə görüşü böyük qalmaqala səbəb ola bilərdi. Ancaq bu hadisə daha böyük cinayətkarlarla əlaqədə olan Ermənistan hakimiyyəti üçün adi haldır. Artıq çoxları Ermənistan hakimiyyətinin kriminal əlaqələri ilə bağlı məlumatlıdırlar. Doğrudan da, erməni rəsmilərinin “qanuni oğru”nu “qardaş” adlandırıb onun toplantılarında iştirak etməsi, hələ ki, heç bir dövlət təcrübəsində müşahidə edilməyib. Ruben Tatulyanın “toxunulmazlıq” üçün minnətdarlığının arxasında isə hakimiyyət nümayəndələrinə təqdim etdiyi pul kisəsi durur. Məhz bu səbəbdən, erməni oğrunun Ermənistana gəlməsi cəmiyyətdə xüsusi bir reaksiyaya səbəb olmayıb. Çünki bu gün biz mütəşəkkil cinayətkarlıq arasında simbioz aparan bir mafiya dövlətində yaşayırıq. Mən açıq -aydın, şişirtmədən deyirəm: Sərkisyan rejimi Don Karleonenin başçılıq etdiyi bir mafiya, Ermənistan isə Qafqazın Siciliyasıdır. Doğrudur, Roma hökuməti onilliklər ərzində təkcə Siciliyadakı deyil, bütün İtaliyadakı mafiya qüvvələrinə qarşı mübarizə aparırdı. Amma Ermənistanda yaşananlar başqa nüanslardan xəbər verir. “Qanuni oğru”lar, axtarışda olanlar tərəfindən maliyyələşdirilən və mafiyanın qanun halını aldığı bir dövlətdə hansı hüquq barədə danışmaq olar?”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“1in.am”: “Paşinyan Brüssel səfərindən xeyli narazı qayıdıb”
15.07.2018
Kays Minasyan: “Ruslarla daha sərt danışmalıyıq”
14.07.2018
Bütün ermənilərin Katolikosu təhlükədədir?
13.07.2018
Paşinyan: «Avropanın Ermənistanla bağlı mövqeyi aydın deyil»
12.07.2018
Valeri Balayan: “ Bizi bundan da ağır günlər gözləyir”

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9628

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info