Sumqayıt Poeziya Evində “Fəzanın cazibəsi”
Tarix: 29.12.2017 | Saat: 12:52:00 | E-mail | Çapa göndər
Sumqayıt Şəhər Poeziya Evində Rusiyanın Arxangelsk vilayətinin şairlərinin şerlərindən ibarət “Fəzanın cazibəsi – Протяжение Пространство” adlı antalogiyanın təqdimatı keçirilib. Arxangelsck şairlərinin şerlərinin ana dilimizə yeni nəsil Azərbaycan şairləri tərcümə ediblər.
“Fəzanın cazibəsi” kitabının təqdimatına Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanda Rus icmasının sədri Mixail Zabelin və Millət vəkili Qənirə Paşayeva, “Rossotrudniçestvo” nümayəndəliyinin sədr müavini Aleksandr Kalamin, Arxangelskdə Azərbaycan Diaspor təşkilatının sədri Tərlan Qasımov, Azərbaycanda Rus İcmasının Sumqayıt şəhər təşkiatının rəhbəri Lyubov İsmayılova dəvətli idilər.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər Poeziya evinin direktoru İbrahim İlyaslı Azərbaycanda şeirə, sözə verilən dəyərdən, şairlərin bir millətə deyil, bəşəriyyətə məxsus olduqlarından danışıb. Dünya Gənc Türk Yazarlar Bilriyinin Məsləhət Şurasının sədri, layihə rəhbəri şair Əkbər Qoşalı “Fəzanın cazibəsi” almanaxının ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib. Antalogiyada tərcümə olunan şeirlərin çox istedadlı gənc Azərbaycan şairləri tətəfindən tərcümə olunduğunu vurğulayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov hörmətli qonaqları və tədbir iştirakçılarını Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamlayıb və Sumqayıtın hər zaman beynəlmiləl bir şəhər olduğunu, günü- gündən daha da gözəlləşən Sumqayıtda dost gəlişinin bayram kimi qeyd edildiyini söyləyib. Sumqayıtda keçirilən bu antalogiya təqdimatını da Poeziya evində baş tutan bir bayram kimi dəyərləndiririb.
Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin Rusiya və Azərbaycan dölətləri arasında dostluğun və qarşılıqlı əməkdaşlığın çox yüksək səviyyədə inkişaf etdiyini, rus və Azərbaycan xalqlarının ədəbi əlaqələrindən hər iki xalqın bəhrələndiyini söyləyib. Yenidən yeni nəsil şairlərinin bir araya gələrək poeziya vasitəsi ilə bu ənənəni davam etdirməsini də yüksək dəyərləndirib. Millət vəkili Qənirə Paşayeva ədəbi əlaqələri, kitabları iki xalq arasında ən möhkəm körpü adlandırıb. Poeziya günlərinin, bayramlarının təntənəli şəkildə keçirilməsindən adi insanların da zövq almasını könül dostluğu adlandırıb. Arxangelskdə Azərbaycan Diaspor təşkilatının sədri Tərlan Qasımovun Arxangelsk və Azərbaycan arasında yaranan dostluğun möhkəmlənməsindəki və inkişaf etməsindəki rolundan danışıb.
Əməkdar jurnalist Azər Həsrət öz çıxışında DGTYB və Rusiya Yazıçılar İttifaqı Arxangelsk Reginal bölməsinin birgə layihəsi olan antalogiyanı çox yüksək dəyərləndirib və bu cür layihələrinin davamlı olaraq həyata keçirilməsindən ədəbiyyatımızın ancaq qazanacağını deyib.
Sumqayıtdakı Rus icmasının rəhbəri Lyubov İsmayılova beynəlmiləl şəhər olan Sumqayıtda rus millətindən olan insanların multikultural bir şəraitdə yaşadıqlarını söyləyib, rusların milli ənənələrini qoruyub saxladıqlarını, şəhərin ictimai və siyasi həyatında, eləcə də ədəbi bayramlarında yaxından iştirak etdiklərini, belə bir tolerant cəmiyyətdə yaşadıqlarından çox məmnun olduqlarını dilə gətirib.
Tədbirdə Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü Müzəffər Gülümov çıxış edərək təqdimatın təqdirəlayiq bir tədbir olduğunu bildirib.
Azərbaycan Milli Məclisnin deputatı Mixail zabelin kitabın ərsəyə gəlməsində xidməti və əməyi olanları Azərbaycan Rus İcmasının Respublika Şurası adından Fəxri Fərmanlarla təltif edib. Tərlan Qasımov isə Rusiya Yazıçılar İttifaqı Arxanqelsk Regional Şöbəsinin TƏŞƏKKÜR MƏKTUBU ilə bir qrup yazarı təltif edib.
Tədbirin sonunda Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov qonaqlara və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
Sonra tədbir iştirakçıları rus və Azərbaycan dillərində şerlərini səsləndiriblər və tədbir Sumqayıtın 11 saylı məktəbinin şagirdlərinin Arxanqelsk haqqında oxuduqları mahnı ilə yekunlaşıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
“Baku Fashion Club”un növbəti tədbiri keçiriləcək
18.01.2018
Füzuli döyüşlərini əks etdirən fotolardan ibarət sərgi açılıb
18.01.2018
Gənc musiqiçilər Vyanada konsert veriblər 
18.01.2018
Tanınmış violin ifaçısı Tahir Atakişiyevin xatirəsi anılıb
17.01.2018
Aleksey Beqovun fərdi sərgisi

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8206

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info