Dişlərin implantasiyası
Tarix: 29.12.2017 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


“Dişlərin implantasiyası dayaq məqsədilə çənəyə və əngə yerləşdirilmiş implantlar üzərində dişlərin hazırlanmasıdır. Hər bir itirilmiş dişi və dişləri implantlarla bərpa etmək mümkündür. Əvvəlki qaydalara əsasən itirilmiş bir dişi bərpa etmək üçün iki qonşu dişi yonmaq lazım gəlirdi və bu, həmin dişlərin zədələnməsi və müəyyən müddətdən sonra itirilməsi ilə nəticələnirdi. İmplantasiya zamanı isə qonşu dişlərə toxunulmur, yalnız itirilmiş diş bərpa edilir və beləliklə yüksək estetik nəticələr əldə edilməklə yanaşı, dişin və diş ətinin təbii forması bərpa olunur”,-deyə implantoloq İlkin Qəribli məlumat verir.
Həkim-stomatoloq AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Tez-tez soruşurlar: çıxan dişin yerinə nə zaman implant qoymaq olar? Əgər hər hansı bir səbəbdən çıxarılmasına göstəriş olan dişin kökü ətrafında kəskin irinli-iltihabi proseslər yoxdursa, dişi çıxarandan dərhal sonra onun yerinə implant yerləşdirmək olar. Yalnız diş yuvasının dərinliyi implant üçün yetərli olmadıqda onu dərinləşdirir və implant bağlayırlar. Buna birbaşa implantasiya deyilir. Digər hallarda diş çıxarılandan orta hesabla 1,5 ay sonra implantasiya aparmaq olar”.
Lakin implantoloq orijinal dişə yaxın olduğuna görə xəstələrin daha çox üstünlük verdiyi implant əməliyyatından əvvəl və sonra diqqət yetirilməli bir sıra məsələlər olduğunu qeyd edir. Onun dediyinə görə, vəzifəsini yerinə yetirə bilməyən və ya əskik dişin yerinə onun funksiyasını yerinə yetirmək üçün düzəldilərək çənə sümüyünə yerləşdirilən süni diş kökü implant bir müalicə üsuludur. Lakin həkim onu da vurğulayır ki, hər hansı xroniki narahatlığı və ya hansısa dərmana qarşı allergiyası olan xəstələrdə müalicədən əvvəl müəyyən təhlillər aparılmalıdır. İmplant əməliyyatından əvvəl verilən dərmanların düzgün istifadə edilməsi də nəticənin uğurlu olmasını təyin edir. Prosesdən əvvəl laxtalanmanı gecikdirən antikoaqulyant dərmanlardan istifadə edilir.
“İmplant müalicəsindən əvvəlki və sonrakı müddətdə ağız və diş sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Əməliyyatdan sonra qanamalar, ilk 24 saat ərzində implant aparılan nahiyə ilə çeynəmənin məhdudlaşdırmaq lazımdır. Əməliyyatdan sonra ağrı keçənə qədər qida və içki qəbul etməyə icazə verilmir, çünki keyləşmiş nahiyənin dişlənməsi yaraların əmələ gəlməsinə səbəb ola bilər. İçki içmək və siqaret çəkmək də bir sıra fəsadlara səbəb ola bilər. Implant tətbiqi nəticəsində ağrı olarsa, qanı duruldan dərman və diş həkiminin məsləhət bildiyi ağrıkəsicidən istifadə etmək lazımdır. Əməliyyatdan təxminən 24 saat sonra ilıq duzlu, sodalı su ilə ağız boşluğunu yaxalamaq məsləhət görülür, onlar yaranı təmizləyərək sağalmanı sürətləndirir, ağız qoxusunu azaldaraq mikrobların yaranmasına imkan vermir”, -deyə həkim-stomatoloq fikrinə yekun vurub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Sürücüsüz avtomobillər nəqliyyatın hərəkəti üçün problemə çevrilə bilər
16.10.2018
Avtomobillərlə 27 yazdılar
16.10.2018
Gün ərzində nə qədər çörək yemək olar?
16.10.2018
Əsnəmək nədir?
16.10.2018
İngiltərənin tarixi adası satışa çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10275

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info