Çayın keyfiyyətini anlamaq üçün üsullar
Tarix: 29.12.2017 | Saat: 13:00:00 | E-mail | Çapa göndər
Aldığınız çaylar heç cür ləzzətli deyilsə, ya da çay alarkən keyfiyyətindən əmin ola bilmirsinizsə, sizə verəcəyimiz təkliflərə şübhəsiz nəzər salmalısınız.
Milli.Az bildirir ki, bir ölkə olaraq çay içməyi çox sevirik. Hər getdiyimiz yerdə, günün istənilən vaxtı çay içən bir cəmiyyətik. Yaxşı, çayı bu qədər çox istehlak ediriksə, keyfiyyətindən də əmin olmalı deyilik? Ancaq çayın keyfiyyətini anlamaq bir az diqqət, bir az da təcrübə istəyən bir işdir.
Bu üsullarla çayın keyfiyyətini anlaya bilən və daha ləzzətli çaylar istehlak edə bilərsiniz:
1. Qoxusu
Çayın keyfiyyətini anlamanın ən əhəmiyyətli addımlarından biri qoxusudur. Paketi alan kimi çayı iyləmək lazımdır. Qoxusu yüngüldürsə və narahat etmirsə, doğru seçim etmisiniz deməkdir.
2. Çay yarpaqlarının ölçüsü
Çayın keyfiyyətini anlamanın bir başqa yolu da çay yarpaqlarının ölçüləridir. Çayı götürdüyünüzdə yarpaqların ölçülərinə baxmağa laqeyd yanaşmayın.
Çay yarpaqlarının boyu eynidirsə və tünd rəngdədirsə keyfiyyətli çay almısınız deməkdir. Bundan əlavə, çayın keyfiyyətli olduğunu anlamaq üçün arasında ip ya da toz parçalarının olmadığına diqqət yetirin.
3. Çay yarpaqlarının forması
Çayın keyfiyyəti yarpağın qıvrımından da müəyyən olur. Çay yarpaqlarının forması düz olmamalıdır. Çünki ən keyfiyyətli çay yarpaqları, bükük, qıvrımlı və parlaqdır.
4. Su üsulu
Çayın keyfiyyətini anlamaq üçün su üsulunu sınaqdan çıxara bilərsiniz. Suya atdığınız bir dəstə çay sizə çayınızın keyfiyyəti haqqında əhəmiyyətli məlumatlar verəcək.
Çay yarpaqlarını suya atdıqda su tez bir zamanda saralır və rəngi dəyişirsə, deməli çay boya ehtiva edir və keyfiyyətsizdir. Ancaq su yavaş-yavaş rəng dəyişdirirsə və sarı rəngə yavaş bir şəkildə dönürsə, deməli çay keyfiyyətli və boyasızdır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Rusiya şirkəti kosmosda otel yaratmaq istəyir
16.01.2018
Sinqapurda suyun keyfiyyətini robotlar yoxlayacaq
16.01.2018
Zökəmi düzgün müalicə edilməlidir
16.01.2018
Özbəkistanda 8 ton ağırlığında plov hazırlanıb
15.01.2018
Fındığın tükənməz faydaları

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info