“Azərbaycanda 5 kateqoriya üzrə 100 nəfərdən çox əlil arabası istifadəçisi boccia ilə məşğuldur”
Tarix: 29.12.2017 | Saat: 18:08:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan və Türkiyənin sağlamlıq imkanları məhdud gənclərdən ibarət milli komandaları arasında boccia idman növü üzrə 4 kateqoriya üzrə yoldaşlıq görüşü təşkil olunub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən S.Müslümov Prezident İlham Əliyevin əlilliyi olan şəxslərlə bağlı tapşırıqlarına uyğun olaraq, bu təbəqədən olan insanların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yönələn tədbirlərin miqyasının getdikcə genişləndirildiyini vurğulayıb. Fəal idman siyasəti sayəsində ölkəmizdə paralimpiya hərəkatının da geniş vüsət aldığını qeyd edən nazir idmanla məşğul olmağın əlilliyi olan şəxslərin reabilitasiya və inteqrasiya imkanlarının artırılmasında xüsusi əhəmiyyətini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə aparılan işlərin ardıcıl olaraq dəstəkləndiyini diqqətə çatdırıb.
S.Müslümov bildirib ki, hələ 1984-cü ildən paralimpiya oyunlarına daxil edilən və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə son illərdə ölkəmizdə geniş yayılan boccia idman növü də bu baxımdan mühüm önəm kəsb edir. Bu idman növü həm fiziki, həm də zehni inkişafa kömək etdiyindən əlilliyi olan şəxslər arasında boccia üzrə mütəmadi yarışların təşkili çox faydalıdır. Boccia idman növü ilə məşğul olan şəxslərin qalmaları, lazımi xidmətlə təmin olunmaları və məşqlər etmələri üçün Nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində hər bir şərait yaradılıb.
Nazir diqqətə çatdırıb ki, artıq ölkəmizdə həm sağlamlıq imkanları məhdud gənclər, həm də uşaqlar arasında boccia üzrə komandalar da formalaşıb və onlar boccia üzrə müxtəlif yarışlarda, o cümlədən beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Hazırda Azərbaycanda 5 kateqoriya üzrə 100 nəfərdən çox əlil arabası istifadəçisi bu idman növü ilə məşğuldur.
S.Müslümov vurğulayıb ki, müvafiq proqram çərçivəsində Azərbaycandan olan sağlamlıq imkanları məhdud gənclərin Türkiyədə və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin Azərbaycanda müvafiq reabilitasiya mərkəzlərinin işi ilə əyani tanışlığı, peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakı üçün də şərait yaradılır. Bu məqsədlə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən gənclərin qrup halında qardaş ölkəyə, oradan da müvafiq gənclərin qrup halında ölkəmizə səfərləri təşkil edilir. Təbii ki, bu da həmin gənclərin reabilitasiya və inteqrasiya imkanlarının artırılmasına xidmət edir. Hazırda iki ölkənin milli komandaları arasında boccia idman növü üzrə təşkil olunan yoldaşlıq yarışı da bu baxımdan çox əhəmiyyətlidir. Nazir hər iki komandaya uğurlar arzulayıb.
Digər çıxış edənlər də əlil idmançıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən belə tədbirləri yüksək dəyərləndiriblər.
Sonra tədbir iştirakçıları yarışları izləyiblər.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
“Əlillik qüsur deyil” kitab-albomu digər dillərdə də nəşr olunacaq
07.12.2018
330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
07.12.2018
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
06.12.2018
45 nəfər əlilliyi olan şəxs Naxçıvandakı müalicə müəssisələrinə yola salınıb
06.12.2018
278 şəxs güzəştli mənzilə sahib olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info