Jurnalistlər üçün PR tur keçirilib
Tarix: 29.12.2017 | Saat: 14:09:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel & Spa Baku” otelində jurnalistlər üçün “AtaHolding” Şirkətlər Qrupunun kommunikasiyalar sahəsində fəaliyyətinin yekunlarının təqdimatı ilə PR tur keçirilib. “AtaHolding” Şirkətlər Qrupunun Korporariv kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbirə toplaşanları ilin yekunları ilə tanış edib və qeyd edib ki, il ərzində çoxlu sayda müxtəlif tədbirlər həyata keçirilib və mükafatlar təqdim edilib. 2017-ci ilin nəticələrinə görə “AtaSığorta”ASC “Consulting and Business” jurnalı tərəfindən “İlin Sığorta Şirkəti” nominasiyası üzrə “Uğur 2017” Milli Mükafatına, “AtaSığorta” ASC Insure.az saytında keçirilən “İlin Sığorta Şirkəti” müsabiqəsində istifadəçilərin verdiyi səslər əsasında ən çox səs toplayaraq qalib olub. Üç ay ərzində davam edən onlayn səsvermədə “AtaSığorta” ASC 1 117 səslə “İlin Sığorta Şirkəti” adına layiq görülüb. Həmçinin, “AtaSığorta” ASC növbəti 3 il müddətinə “Intertek”  şirkəti tərəfindən yeni ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb. “Dekabrın 25-də Bakıda “E Media Group” tərəfindən “The Best of Azerbaijan” mükafatının təqdimetmə mərasimində "AtaHolding”in Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanovaya “The Best of Azerbaijan” mükafatı təqdim olunub.
2017-cı il ərzində daxili kommunikasiyalar planına əsasən “Excelsior Hotel & Spa Baku” otelində “Musiqi Bayramı 2”, “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə Vaxt?” oyunu, qadınlar arasında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş breyn-rinq oyunu və digər tədbirlər keçirilib.
Bütövlükdə, 2017-cı ildə “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitələrində 4 169 məlumat dərc edilib. Media Consulting and Services (MC&S) media monitorinq qrupunun apardığı monitorinqə görə, “Excelsior Hotel & Spa Baku” oteli 2017-ci ilin yanvar, mart, iyun, iyul, oktyabr və noyabr aylarında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yeri tutub. «AtaHolding” Şirkətlər Qrupunun fəaliyyəti ilə bağlı 71 pres reliz işıqlandırılıb. Tədbir iştirakçılarına "AtaHolding" Şirkətlər Qrupunun 2017-cı ildə keçirilən tədbirlərdən video süjetlər nümayiş edilib.
Xarici kommunikasiyalar planına əsasən “AtaTravel” MMC-nin sponsorluğu ilə “Travel X” tədbiri, “AtaHolding”in əməkdaşı Elməddin Hüseynov tərəfindən tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırılması, menecmentə sistemli yanaşma” mövzusunda təlim, “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion 2017” tədbiri, “AtaTravel” MMC turizm sahəsinə aid ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri üçün turizm və PR mövzusunda seminar və digər tədbirlər keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2018
Mübariz İbrahimov yad edildi
20.06.2018
“Loqos” da ShushaPost.az saytının təqdimatı keçirilib
20.06.2018
“Xeyirxah” Hacı Nuranı təltif etdi
16.06.2018
Bilik Fondu texniki kollecdə mühazirə təşkil edib
15.06.2018
Azərbaycanın müasir inkişaf tarixi 15 İyun – Milli Qurtuluş Günündən başlayır

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9429

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info