Rektor Elmar Qasımov: “2017-ci il bizim gözləntilərimizi aşdı”
Tarix: 29.12.2017 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2017-ci ilin yekunu ilə bağlı kütləvi informasiya vasitələrinə müsahibə verib. Rektora ünvanlanmış sualları və onların cavablarını sizə olduğu kimi təqdim edirik.
- Elmar müəllim, artıq təqvim ilinin son günlərinə gəlib çatmışıq. 2017-ci ili Azərbaycan üçün necə dəyərləndirə bilərsiniz?
- Düşünürəm ki, bu il hər birimiz üçün yadda qalan oldu, çünki Azərbaycan tarixi hadisələrə imza atdı. Xüsusilə neft-qaz sənayesində bu özünü daha çox büruzə verdi. Bu il Azərbaycan Xəzər dənizinin Azəri-Çıraq-Günəşli yataqlarınin işlənməsi üzrə yeni tərtib olunmuş neft hasilatına dair saziş imzaladı, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışını etdi və nəhayət, ölkəmiz bu il 2 milyard ton neft hasilatına nail olaraq bütün dünyada bu sahə üzrə öz sözünü demiş oldu. Bütün bu hadisələr hər bir azərbaycanlı üçün qürurvericidir.
- Bəs bu il Bakı Ali Neft Məktəbi üçün necə keçdi?
- Bakı Ali Neft Məktəbi üçün bu il böyük nailiyyətlərlə yadda qaldı. İlin ilk uğuru bizim üçün ən önəmli hadisə - may ayının 1-də Prezident İlham Əliyevin iştirakı ilə möhtəşəm kampusumuzun açılışı ilə başladı. Daha sonra iyul ayında biz ilk məzunlarımızı yola saldıq. Eyni zamanda biz 2017-2018-ci tədris ili üçün magistr pilləsinə ilk tələbələrimizi qəbul etdik.
Biz təhsil üzrə bu ilki statistik göstəricilərimizlə nəinki digər ali təhsil müəssisələrini, hətta özümüzün ötən illərdəki göstəricilərimizi üstələdik. Belə ki, bu il Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ali məktəblər üzrə qəbulun nəticələrinə görə ən yüksək keçid balı – 679 bal məhz BANM-a məxsus olub və buradakı 3 ixtisas üzrə ilk turdan qəbul həyata keçirilib. Qeyd edim ki, Azərbaycanın hazırda ən yüksək keçid balına malik ixtisası BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasıdır ki, qəbul imtahanının nəticələrinə görə minimal bal – 685 bal olub. Bildiyiniz kimi, bu ixtisas bütün göstəricilər üzrə ölkədə “İlin ixtisası” olub.
BANM-ın bu ilki göstəricilərini saymaqla bitmir. Məsələn qeyd edə bilərəm ki, bu ilki nəticələrə əsasən, I qrup üzrə imtahan verən abituriyentlərdən 7 nəfər 700 bal toplayıb və onların hamısı BANM-ı seçiblər. I qrup üzrə 25 Prezident təqaüdçüsündən 24 nəfəri yenə BANM-ı seçib.
Mənim üçün hər zaman nəticə önəmlidir. BANM-ın bu ilki nəticəsindən isə bu gün çox razıyam. Bayaq qeyd etdiyim kimi, bu il BANM-də ilk dəfə məzun buraxılışı olub, lakin onların 94%-i artıq işlə təmin olunub. BANM bu gün Azərbaycanda neft-qaz sənayesi üçün yüksək ixtisaslı və ingilisdilli mühəndis hazırlayan yeganə ali təhsil müəssisəsidir. Məhz bunun nəticəsidir ki, bizim bu ilki məzunlar hazırda SOCAR, BP, Schlumberger, Halliburton, Maire Tecnimont və s. kimi transmilli şirkətlərdə çalışırlar. Qalan 6% isə ABŞ, Avropa, eləcə də doğma Azərbaycanın aparıcı universitetlərində magistratura və PhD pilləsində təhsillərini davam etdirirlər. Bax bu göstəricilər mənim üçün nəticə və böyük fəxrdir.

- Elmar müəllim, bəs yeni 2018-ci ildə Bakı Ali Neft Məktəbi nələr planlaşdırır? Yeni il də bu il olduğu kimi yüksək nailiyyətlər vəd edirmi?
-Biz 2018-ci ilin də ən azından bu il qədər məhsuldar olacağını gözləyirik. Növbəti il yeni ixtisasların açılması üçün böyük işlər görməyi planlaşdırırıq. Həmçinin yeni 2018-ci ildə daha çox tələbə qəbul etməyə tam hazırıq. Artıq bizim maddi-texniki bazamız, sosial infrastrukturumuz və peşəkar professor-müəllim heyətimiz buna tam imkan verir. Əvvəlcədən bütün planları açıqlamaq istəmirəm. Növbəti ildə özünüz yeniliklərin şahidi olacaqsız.
Bu arada fürsətdən istifadə edib, bütün Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Bayramlarınız mübarək!

Nigar




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Bakcell”dən möhtəşəm Yeni İl hədiyyəsi: 20 qiqabayta qədər pulsuz internet
11.12.2018
Respublika Veteranlar Təşkilatının VIII plenumu keçirilib
11.12.2018
DTX-nın şəxsi heyəti ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
11.12.2018
Qaradağda Ulu Öndərin anım gününə həsr olunmuş tədbir keçirildi
11.12.2018
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
5 “Özümü qərib ölkədə hiss etmədim”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info