Şahin İsmayilov: “ATGTİ gələn il fəaliyyətini daha da genişləndirəcək”
Tarix: 29.12.2017 | Saat: 14:16:00 | E-mail | Çapa göndər


Azərbaycanda dövlət gənclər siyasətinin uğurla reallaşdırılmasında gənclər təşkilatlarının üzərinə mühüm vəzifələr düşür. Səkkiz ildir ki, fəaliyyət göstərən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) fəaliyyəti bu baxımdan təqdirəlayiqdir. Təşkilat yarandığı vaxtdan tələbələrin maraqlarını təmin etməyi, ictimai fəallığını artırmağı, yerli və beynəlxalq tədbirlərdə iştirakına şərait yaratmağı öz fəaliyyətində əsas istiqamətlər kimi müəyyənləşdirib. Yola salmağa hazırlaşdığımız 2017-ci ildə də ATGTİ müxtəlif tədbirlər, təlimlər, seminarlar və səfərlər təşkil edib.
Bunu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayilov rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətinin yekunları və gələn il nəzərdə tutulan tədbirlər barədə AZƏRTAC-a açıqlamasında deyib.
Ş.İsmayılov bildirib ki, ATGTİ-nin həyata keçirdiyi ən böyük layihələrdən biri artıq iki ildir davam edən “Youthvision” beynəlxalq mahnı müsabiqəsidir. 2016-cı və 2017-ci illərdə baş tutan müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı gənclərin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Növbəti “Youthvision” beynəlxalq mahnı müsabiqəsinin 2018-ci ildə keçirilməsi üçün artıq işlər başlanılıb.
İttifaq artıq bir neçə ildir davam edən “Səyyar kitabxana” layihəsini 2017-ci ildə daha da təkmilləşdirərək həyata keçirib. Bu ilin yayında reallaşdırılan layihə çərçivəsində “Səyyar kitabxana” adı altında fəaliyyət göstərən və xüsusi dizayn edilən, içərisində 5 min kitab və 10 min elektron nəşr olan yük maşını indiyədək 20-ə yaxın şəhər və rayonda olub. Qırx minə yaxın oxucunun faydalandığı layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Təşkilatın tələbələr üçün yaratdığı ən əsas imkanlardan birinin də “Tələbə kartı” olduğunu vurğulayan ATGTİ sədri bildirib ki, bu kartın sahibləri şəhərin müxtəlif məkanlarında endirimlərdən yararlanma fürsəti əldə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, artıq altı ilə yaxındır fəaliyyət göstərən Azərbaycan Tələbə Kartı bu il əməkdaşlıq etdiyi mağaza, restoran və digər məkanların sayını artıraraq tələbələr üçün daha geniş imkanlar yaradıb. Tələbələr bu kart vasitəsilə endirimlərin tətbiq olunduğu məkanlarda kartı təqdim edərək 10 faizdən 55 faizə qədər endirimlərdən yararlana bilirlər.
Diqqətə çatdırılıb ki, ATGTİ, həmçinin tələbələrin müxtəlif beynəlxalq tədbirlərdə iştirak edərək ölkəmizin və təşkilatın təbliği istiqamətində də müxtəlif işlər görüb. 2017-ci il ərzində ATGTİ-nin dəstəyi ilə 100-ə yaxın gənc Koreya Respublikasında, Mərakeşdə, Brüsseldə, Rusiyanın müxtəlif şəhərlərində və bir sıra ölkələrdə keçirilən müxtəlif tədbirlərdə iştirak edib. Azərbaycanlı gənclər bu səfərlər çərçivəsində ölkəmizi beynəlxalq arenada layiqincə təmsil ediblər. Onlar beynəlxalq tədbirlərdə özlərinin xarici həmkarları ilə nəinki uğurla rəqabət apara bilir, bəzi hallarda onları üstələyirlər. Bu, həm ATGTİ-nin, həm də Azərbaycanın uğurudur.
“Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yaxınlarda “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Bu, və digər proqramlarda da vətənpərvərlik, azərbaycançılıq məfkurəsi, gənclərin beynəlxalq inteqrasiyası və dünyagörüşünün artırılması və digər məsələlər xüsusilə diqqət mərkəzində saxlanılır.
Sevindirici haldır ki, Azərbaycan gəncləri ictimai fəallığı ilə seçilirlər. Gənclərimiz sosial, iqtisadi, humanitar tədbirlərdə fəal iştirak edir, dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan faydalanırlar. Ölkəmizdə gənclər siyasəti hər zaman dövlət siyasətinin mühüm tərkib hissəsi olub. Bunun göstəricilərindən biri də gənclərə bağlı bir sıra proqramların qəbul edilməsidir. Bu proqramlardan minlərlə Azərbaycan gənci yararlanır.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı da gənclər siyasətinin uğurla icra olunması istiqamətində üzərinə düşən vəzifəni yerinə yetirir. Qəbul edilən proqram çərçivəsində ATGTİ öz fəaliyyət planını daha da genişləndirəcək, gənclərin daha da fəal olması, sağlam düşüncəli gənclərin formalaşması üçün səylə çalışacaq”, - deyə Ş.İsmayılov qeyd edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Bilik Fondu texniki kollecdə mühazirə təşkil edib
15.06.2018
Azərbaycanın müasir inkişaf tarixi 15 İyun – Milli Qurtuluş Günündən başlayır
14.06.2018
Daşkənddə Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabının təqdimatı olub
14.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur
14.06.2018
KİV nümayəndələri məhkəmə binalarının yeni standartları ilə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9422

1 Qazın qiyməti artdı, Paşinyan batdı..
2 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
3 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
4 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib
5 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info