“Yeni il üçün “AtaHolding” Şirkətlər Qrupunun yeni planları və strategiyası var”
Tarix: 29.12.2017 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Dilarə Zamanova: “Gördüyümüz iş çətin olsa da, həmişə çalışmışıq ki, PR işlərini düzgün şəkildə aparaq”

“Kommunikasiya – gündəlik qəbul edilən qərarlarda ifadə olunan və şirkəti yaxşı və ya pis idarə olunan struktura çevirən prosesin mühüm elementidir. Bəlkə də idarəetmə prosesində kommunikasiyanın ləğv edilməsi texniki gerilik və ya qeyri-adekvat maliyyə idarəetməsi qədər tez bir vaxtda nəzərə çarpmayacaq. Lakin bir müddətdən sonra onlar şirkəti labüd olaraq iflic edəcək. Düzgün olmayan kommunikasiya siyasəti istənilən yaxşı qərarın effektivliyini aşağı salmağa qadirdir”.
Filipp A.Buari
Azərbaycanda təmsil olunan şirkətlər arasında öncül mövqeyi və xüsusi çəkisi olan “AtaHolding” Şirkətləq Qrupunun fəaliyyəti, həyata keçirdiyi son layihələr və əldə etdiyi nailiyyətlər, eyni zamanda PR işinin təşkili ilə bağlı suallarımızı Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova cavablandırıb.

- Dilarə xanım, Sizinlə görüşümüz 2017-ci ilin sonuna təsadüf edir. 2017-ci ildə hansı nailiyyətləriniz olub? Bir qədər bu barədə məlumat verərdiniz.
- Bəli, dediyiniz kimi, artıq 2017-ci ili yola salmaqdayıq. Bu il bir sıra tədbir və nailiyyətlər baxımından bizim üçün də əlamətdar sayıla bilər. Bu baxımdan bir sıra yaddaqalan fəaliyyət və nailiyyətləri sadalamaq yerinə düşərdi. Məsələn, “Media Consulting & Sevices” şirkətinin apardığı monitorinqə görə, “AtaHolding”ə daxil olan “Excelsior Hotel & Spa Baku” oteli 2017-ci ildə dəfələrlə mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerdə qərarlaşıb. “AtaSığorta” ASC 2017-ci ilin noyabr ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında mətbuatda işıqlanan məlumatların sayına görə ikinci yerə çıxıb. “AtaSığorta” ASC-nin yeni xidmətləri haqqında məlumatlar daim opertaiv ictimaiyyətə çatdırılır. Noyabr ayında “AtaSığorta” ASC növbəti 3 il müddətinə “Intertek” şirkəti tərəfindən yeni ISO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb. Şirkət 2005-ci ildən fəaliyyətini Beynəlxalq Standartlaşma Təşkilatının (ISO) keyfiyyət idarəetmə sisteminin tələbləri əsasında həyata keçirir. Qeyd edim ki, hər il turizm sahəsində “Dünya Səyahət Mükafatları” (World Travel Awards) adlı nüfuzlu tədbir keçirilir. Mükafatlandırma mərasimində müxtəlif ölkələrdə turizmin müxtəlif sahələrində yaxşıların ən yaxşısı seçilir. “World Travel Awards” tədbirində Azərbaycanın ən nüfuzlu otellərinin siyahısı açıqlanıb və “Excelsior Hotel & Spa Baku” oteli Azərbaycan üzrə “İlin ən yaxşı Leading Boutique Hotel 2017” nominasiyasında mükafata layiq görülüb. Əlbəttə ki, bu mükafata layiq görülmənin real əsasları var. Çünki burada beynəlxalq səviyyədə nəzərdə tutulmuş bütün xidmətlər müştərilərə təqdim edilir. “AtaTravel” MMC-nin sponsorluğu ilə “Travel X” tədbiri keçirilib. Tədbirin əsas məqsədi insanları aktiv səyahət etməyə həvəsləndirməkdir. “Excelsior Hotel & Spa Baku” otelində “Musiqi Bayramı 2”, “Summer Party” tədbiri, daxili kommunikasiya planına əsasən “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarından ibarət komandalar arasında 28 May Respublika gününə həsr olunmuş “Nə? Harada? Nə Vaxt?” oyunu keçirilib. Qeyd edilənlərdən əlavə, 25 yanvar 2017-cı il tarixində “Excelsior Hotel & Spa Baku” otelində “AtaHolding”in əməkdaşı Elməddin Hüseynov tərəfindən tələbələr üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırılması, menecmentə sistemli yanaşma” mövzusunda təlim, jurnalist qadınlar arasında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş breyn-rinq, 14 aprel 2017-ci il tarixində “Excelsior Hotel & Spa Baku” otelinin təşkilatçılığı ilə “Baku Fashion 2017” tədbiri, 14 noyabr 2017-ci il tarixində “AtaTravel” MMC turizm sahəsinə aid ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri üçün turizm və PR mövzusunda seminar keçirilib. Seminarda mövzu üzrə çıxış edənlər “Alibayov Consulting” şirkətinin rəhbəri Vəli Əlibəyov və “AtaHolding” ASC-nin Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova olmaqla, iştirakçılar turizm sahəsində PR fəaliyyətinin təşkili mövzusunda məlumatlandırılıblar. Bu kimi çoxsaylı tədbirlərlə yanaşı, “AtaHolding” Şirkətlər Qrupu öz ənənəsinə sadiq qalaraq hər il olduğu kimi, bu il də media nümayəndələri üçün müxtəlif yaddaqalan tədbirlərin keçirilməsini planlaşdırır. Belə ki, ilin sonunda jurnalistlər üçün ənənəvi PR turun təşkil edilməsi nəzərdə tutulub. Tədbirdə “AtaHolding” Şirkətlər Qrupunun 2017-ci ildə PR sahəsində gördüyü işlərin təqdimatı olacaq. Keçirilmiş tədbirlərdən video materiallar və fotoreportajlar nümayiş olunacaq. Şirkətlər Qrupuna daxil olan, 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi turizm sahəsində sərfəli, rahat xidmət və müştəri məmnuniyyətini qazanmaqla diqqət çəkir. Dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edən şirkət öz müştərilərinə otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər təklif edir, bu məqsədlə xüsusi endirim və hədiyyə aksiyaları da keçirir. İKT sahəsində uğurla fəaliyyət göstərən “AtaTexnologiya” şirkəti də bu sahəyə aid innovasiyaların tətbiqi, innovativ məhsulların ölkədə təqdimi və əlverişli şərtlərlə satışı, eləcə də texnoloji yeniliklərin carçısı kimi fərqlənməkdədir. Bir sözlə, holdinq fəaliyyət göstərdiyi sahələr üzrə effektivlilik və səmərəlilik, eləcə də keyfiyyət prinsiplərinə hər zaman əməl edir. Onu da əlavə edim ki, “AtaHolding”in məsul işçiləri tərəfindən mütəmadi olaraq mediaya mütəxəssislər və ya holdinq təmsilçisi tərəfindən müsahibələr və açıqlamalar verilir, bunlar ölkənin mötəbər media qurumlarında dərc edilir və ya yayımlanır.
- İşinizi sevirsinizmi? PR Sizin üçün nə deməkdir?
- Hamımız bildiyimiz kimi, PR – ingiliscə “Public relations”, yəni ictimaiyyətlə əlaqələr deməkdir. Belə bir poetik deyim də var ki, PR etibarlılıq, loyallıq və dostluq strategiyasıdır. Müasir zamanda, heç bir ciddi şirkət müəssisə və ya təşkilatı PR-sız təsəvvür etmək mümkün deyil. Zaman getdikcə və texnologiyalar inkişaf etdikcə PR texnologiyaları da dəyişir, mürəkkəbləşir. Hazırda PR təmsil etdiyi qurumun öz mühiti - dövlət qurumları, cəmiyyət, özəl sektor, ictimai təşkilatlar və sairlə münasibətlərini çox koordinasiyalı bir şəkildə gücləndirməkdir. Bu baxımdan tam gücü ilə yerinə yetirilən PR-ın üzərinə düşən məsuliyyət və vəzifə həqiqətən də böyükdür. PR-ın əsas vəzifəsi, sadaladığım və zamanın tələbindən irəli gələn yeni texnologiyaların tətbiqindən peşəkarlıqla faydalanaraq təmsil etdiyi qurumun cəmiyyət və biznes mühiti üçün etibarlılığını qorumaq, imicini yüksəltməkdir. Bu baxımdan uzun müddətdir ki, PR sahəsində fəaliyyət göstərirəm və PR-ın üstünlüklərini uğurla tətbiq edə bildiyimiz üçün işimdən razıyam. Həmçinin, bu illər ərzində PR-la bağlı texnoloji yenilik və dəyişikliklərin tam mənimsənilməsi və lazımi səviyyədə tətbiqi sahəsində də daimi səylərimiz olub, bu sahədə çalışanların təcrübə və bilgilərini qarşılıqlı şəkildə paylaşması, beynəlxalq təcrübə və vərdişlərin qarşılıqlı aşılanması, təlimlər vasitəsilə çatdırılması da Azərbaycanda PR işinin səviyyəsinin daha da yüksəlməsinə töhfədir.
- Bəzən deyirlər ki, PR, əsasən moda və əyləncə kampaniyalarının təsiri altında formalaşıb və daha çox, bu iki nəsnənin tanıdılmasına xidmət edir. Bu barədə fikirləriniz maraqlı olardı...
- PR-a bu cür yanaşmaq doğru olmazdı. Öncəki sualınıza cavab olaraq qeyd etdiyim məqamlar da açıq göstərir ki, PR daha ciddi, əhatəli və mürəkkəb məsələdir. Buraya qısaca olaraq onu da əlavə edərdim ki, PR-ın məsuliyyəti və ciddiliyi bir çox hallarda başa düşüldüyündən və qəbul edildiyindən daha çoxdur. Yəni PR heç də bir çoxlarının anladığı kimi, dəb, moda və ya əyləncənin təsiri ilə deyil, sosial və iqtisadi tələblərin daim yenilənməsi nəticəsində ortaya çıxan çağırışların, yeni situasiyaların şirkətlər və qurumlar tərəfindən qarşılanması, onlara lazımınca cavab verilməsi zərurətindən formalaşaraq bu günə gəlib çatıb. Burada həm də cəmiyyətdə, xüsusən də aid olduğun sferada gedən proseslərin ardıcıl izlənməsi, buna əsasən, strategiya və proqnozlaşdırma aparılması və önə çıxmaq prinsipi əsasdır. Bu məqamlar PR-ın nə qədər ciddi və mürəkkəb, eyni zamanda çoxtərəfli peşəkarlıq tələb edən bir iş olduğuna dəlalət edir...
- Bu gün böyük şirkətlərin PR mütəxəssislərinin əsas vəzifəsi nədən ibarətdir? Dünya iqtisadi böhranı şəraitində bazar və müştərilər şirkətlərdən nə gözləyir?
- Əslində hər hansı bir böhran şəraiti peşəkar PR-çılar üçün həqiqi fürsətdir. Yəni belə hallarda adekvat bacarıqları olmayanlar PR sahəsindən gedir, onların yerini isə daha təcrübəli, zamanın tələblərinə cavab verən peşəkarlar tutur. Çünki peşəkar PR-çıların böhran şəraitində müştərilərin şirkətə olan inamını qoruyub saxlaması və onların cəmiyyətə, mediaya ötürdükləri informasiyanın etibarlılığı əsasdır. Bu baxımdan qeyd etdiyiniz şəraitdə qurumların imici PR peşəkarlığından da çox asılıdır. Çünki böhran hallarında PR çox həssas aparılmalı, koordinasiyalı və önləyici olmalı, təşəbbüsçü xarakter daşımalı və informasiya boşluğunn yaranmasına imkan verməməlidir. Hər bir böhran individual xarakterə malik ola bilər, bununla belə, bütün böhran halları üçün ümumi qəbul edilən PR prinsipləri var ki, onların qeyd etdiyiniz şəraitlərdə tətbiqi məqsədəyğundur. Buraya sürətli reaksiya və önləyici PR tədbirləri, informasiya açıqlığı və əlçatanlığı, dürüstlük, təşəbbüskarlıq, koordinasiyalılıq, eyni vaxtda bir neçə istiqamətlərdə işləmə və PR aparma bacarığı, media, müştərilər, əməkdaş və tərəfdaşlar, hökumət qurumları kimi tərəflərlə çevik iş qabiliyyəti daxildir. Bütün bunların uğurla yerinə yetirilməsi, eyni zamanda müştəri məmnuniyyətinin təmin edilməsinə münbit zəmin yaradır. Deməli, PR-ın bütün parametrlərinə görə uğurla aparılması, həm də müştəri məmnuniyyətinin təmin edilməsi deməkdir.
- 2018-ci ilə saylı günlər qalıb. Bu ildən nələr gözləyirsiniz?
- Qarşıdan gələn 2018-ci ildə ölkəmiz, cəmiyyətimiz, eləcə də “AtaHolding” Şirkətlər Qrupu üçün sabit inkişaf, daha böyük uğurlar gözləyirəm. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, gələn il sürətli iqtisadi inkişaf ili olacaq. Çünki iqtisadi sahədə əldə etdiyimiz nailiyyətlər mötəbər beynəlxalq iqtisadi qurumların hesabatlarında da öz əksini tapır. Məsələn, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını iki pillə yüksəldərək rəqabət qabiliyyətinə görə 35-ci yerə layiq görüb. Bu, çox böyük nəticədir. MDB məkanında biz birinci yerdəyik. Artıq neçə ildir ki, liderliyi saxlayırıq və bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq. Eyni zamanda, ölkəmizin bütün sahələrdə uğurlarının, rifahının artmasını diləyirəm. O cümlədən, Azərbaycanda PR işinin beynəlxalq standartlar səviyyəsində tam inkişafı, bu sahədə çalışanların peşəkarlığı da iqtisadiyyat, turizm, özəl sektor, ümumilikdə ölkəmizin rifahı üçün çox arzu olunandır. Yeni il üçün “ÅtaHolding” Şirkətlər Qrupunun yeni planları və strategiyası var ki, bunların da tam uğurla həyata keçiriləcəyinə inanıram. Azərbcaycan xalqını, o cümlədən Sizi qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, Yeni ildə tükənmız uğurlar arzulayıram.
Qeyd edək ki, dekabrın 25-də Bakıda “E Media Group” tərəfindən “The Best of Azerbaijan” mükafatının təqdimetmə mərasimində "AtaHolding”in Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanovaya “The Best of Azerbaijan” mükafatı təqdim olunub. Bu münasibətlə Dilarə xanımı təbrik edir, gələcək işlərində uğurlar diləyirik. Onunla əlaqə saxlayıb təbrik etdik, bu barədə dedi: "Bu mükafat mənə həmçinin mənim PR sahəsində gördüyüm işlərə verilən böyük qiymətdir. Gördüyümüz iş çətin olsa da, həmişə çalışmışıq ki, PR işlərini düzgün şəkildə aparaq. “The Best of Azerbaijan” mükafatının da verilməsi mənim üçün böyük stimuldur."




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”
04.12.2018
Azərbaycan həmsədrlərin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır
03.12.2018
Nizami Muradoğlu: “Xalq yaradıcılığından gələn poeziyaya nəzər yetirsək, orada bir ahəng, səslənmə, nizam və digər gözəllikləri görürük”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info