Robot həkim səhvlərini aradan qaldırmağa kömək edəcək
Tarix: 29.12.2017 | Saat: 15:13:00 | E-mail | Çapa göndər
Statistik məlumatlarda onurğa əməliyyatlarının təxminən 15 faizinin uğursuz olması bildirilir. Məsələ ondadır ki, onurğa sütununda asanlıqla zədələnə bilən çoxlu strukturlar olur. Lakin İsveçrənin Bern Universiteti və “CSEM” Elektronika və Mikrotexnologiyalar Mərkəzinin mütəxəssisləri mürəkkəb əməliyyatların aparılması zamanı riski minimuma endirən yeni texnologiya hazırlayırlar.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, hazırda İsveçrə alimləri fəqərənin üçölçülü karkasını “müayinə” edən sensorlarla təchiz olunan xüsusi robotlaşdırılmış drelin hazırlanması ilə məşğuldurlar. Bundan başqa, əlavə elektromioqrafik tədqiqat ştiftlərin səhvən sinirlərə, onurğa beyini və digər anatomik strukturlara düşməsini aradan qaldırmağa imkan verir. Quraşdırılmış ötürücülər sümüklərin qalınlığını, sinir və əzələlərin yerləşməsini müəyyənləşdirir, eləcə də bu məlumatların rentgen və tomoqrafiya şəkilləri ilə müqayisəsini aparırlar. Həmçinin bütün prosesə həkimlər tərəfindən nəzarət edilir və onlar real vaxt rejimində əməliyyatın gedişi barədə məlumatlar əldə edirlər.
Layihə rəhbəri Andreas Raabe bildirib ki, yeni robot bel cərrahiyyəsinin gələcəyini təşkil edir. “Robot əməliyyatları insandan dəqiq və tez yerinə yetirə bilir. Bununla yanaşı, robot çoxlu müsbət cəhətlərə malikdir, məsələn, onun köməyi ilə daha dərin qatlarda insanın apara bilmədiyi əməliyyatlar etmək olar. Lakin gözlənilməz hadisənin baş verəcəyi və ya həkimin əməliyyatın gedişini dəyişmək qərarına gələcəyi təqdirdə cərrahın həmişə robotun işinə müdaxilə etmək imkanı olacaq”, - layihə rəhbəri vurğulayıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Rusiya şirkəti kosmosda otel yaratmaq istəyir
16.01.2018
Sinqapurda suyun keyfiyyətini robotlar yoxlayacaq
16.01.2018
Zökəmi düzgün müalicə edilməlidir
16.01.2018
Özbəkistanda 8 ton ağırlığında plov hazırlanıb
15.01.2018
Fındığın tükənməz faydaları

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 “2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info