KİVDF 33 qəzetin layihəsini maliyyələşdirdi
Tarix: 29.12.2017 | Saat: 16:51:00 | E-mail | Çapa göndər
Dekabrın 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib.
1. Fondun 2018-ci ilin I yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqəyə təqdim edilmiş layihə təkliflərinin müzakirəsi və təsdiqi;
2. Cari məsələlər.
Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Müzakirəyə çıxarılan məsələ barədə ətraflı məlumat verən V.Səfərli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiklərini diqqətə çatdırıb.
Həmin qəzetlərin layihələrinin 2017-ci ilin II yarısında Fond tərəfindən maliyyələşdirildiyini deyən icraçı direktor müsabiqədə yeni iştirak edən KİV-lərin olmadığını bildirib. Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib.
Sonra qəzetlərdən daxil olmuş sənədlər Müşahidə Şurasının üzvlərinə paylanılıb və məsələ ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən Cəmaləddin Quliyev, Ramiz Əskər, Bəhruz Quliyev, Əvəz Rüstəmov, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.
Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2018-ci ilin birinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib (Maliyyə yardımı ayrılmış qəzetlərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).
Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Fondun yaxın dövr üçün fəaliyyət istiqamətləri barədə məlumat verib.


2018-ci ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı
№ Qəzetin adı Ayrılmış məbləğ
1. "Kaspi” qəzeti 60 000
2. "Yeni Azərbaycan” qəzeti 60 000
3. "Səs” qəzeti 60 000
4. "Mövqe” qəzeti 60 000
5. "Ədalət” qəzeti 60 000
6. "525-ci qəzet” qəzeti 60 000
7. "Bakı-Xəbər” qəzeti 60 000
8. "Yeni Müsavat” qəzeti 60 000
9. "Kaspiy" qəzeti 60 000
10. "Ekspress” qəzeti 60 000
11. "Palitra” qəzeti 60 000
12. "Paralel” qəzeti 40 000
13. "Həftə İçi” qəzeti 40 000
14. "Azad Azərbaycan” qəzeti 40 000
15. "Şərq” qəzeti 40 000
16. "Xalq Cəbhəsi” qəzeti 40 000
17. "Futbol+Qol” qəzeti 40 000
18. "Bizim Yol” qəzeti 40 000
19. "Olaylar” qəzeti 40 000
20. "Novoye Vremya” qəzeti 30 000
21. "Futbol+” qəzeti 30 000
22. "Üç Nöqtə” qəzeti 30 000
23. "Azernews” qəzeti 30 000
24. "Unikal” qəzeti 20 000
25. "Olimpiya Dünyası”qəzeti 20 000
26. "Oxu Məni” qəzeti 20 000
27. "Reytinq” qəzeti 9 000
28. "Təhsil Problemləri” qəzeti 9 000
29. "The Business Times” qəzeti 9 000
30. "Hərbi And” qəzeti 9 000
31. "Türküstan” qəzeti 9 000
32. "İqtisadiyyat” qəzeti 9 000
33. "Hürriyyət" qəzeti 9 000
CƏMİ 33 redaksiya 1.223.000




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
İdman yarışlarında və müsabiqələrdə uğur qazanan tələbələr mükafatlandırılıb
16.01.2018
Andrea Soner: “Dinlərarası dialoqun inkişaf etdirilməsi Azərbaycanda prioritet istiqamətdir”
16.01.2018
Jurnalist İradə Sarıyevanın kitabının təqdim etmə mərasimi keçirilib
16.01.2018
Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlanıb
16.01.2018
Naxçıvanın müdafiəsində iştirak edən Əli bəy Əzimbəyov kim olub?

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8184

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 Ərdoğan: “2019-cu il seçkilərində mübarizə milli olanlarla ipi xaricdə olanlar arasında gedəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info