Berluskoni qayıdır: sabiq baş nazir parlament seçkilərində iştirak edəcək
Tarix: 29.12.2017 | Saat: 18:58:00 | E-mail | Çapa göndər
"İrəli, İtaliya" partiyasının lideri sanksiyalara qarşıdır: “Sanksiyalar Rusiya ilə yanaşı, avropalılara da zərər vurur”

İtaliyanın sağ mərkəzli "İrəli, İtaliya" partiyasının lideri Silvio Berluskoni 2018-ci ildə parlament seçkilərində qalib gələcəyi təqdirdə ölkəsinin Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara dair birtərəfli addımlar atmayacağını bildirib. O, bununla yanaşı, bildirib ki, Avropa İttifaqında Rusiyanın düşmən olmadığını başa salmaq üçün mümkün olan hər şeyi edəcək.

“Düşünürəm ki, daha faydalı işləyərək Avropaya Rusiyanın onların düşməni yox, potensial bir müttəfiqi olduğunu başa salmaq lazımdır”

Berluskoni sanksiyaların Rusiya ilə yanaşı, avropalıların özlərinə də zərər vurduğunu bəyanlayıb: “Düşünürəm ki, daha faydalı işləyərək Avropanı Rusiyanın onların düşməni yox, potensial bir müttəfiqi olduğunu başa salmaq lazımdır. Bununla yanaşı, mən bir daha deyirəm ki, sanksiyalar bizim müəssisələrimizə xeyli zərər verir. Eyni zamanda tətbiq edilən sanksiyalar bizi Rusiyadan uzaqlaşdırır. Bu uzaqlıq isə mübahisəli məsələlərdə dialoqun daha da çətinləşməsinə səbəb olur”. Sabiq baş nazir Milanda dərc edilən «Corriere della Sera» nəşrinə verdiyi açıqlamada bildirib ki, sanksiya məsələsində İtaliyanın birtərəfli addım atması ölkəyə ciddi zərbə ola bilər: “Lakin biz sanksiyaları lazımsız etmək üçün əlimizdən gələni edəcəyik”. Xatırladaq ki, İtaliya prezidenti Sergio Mattarella ölkə parlamentinin hər iki palatasının ləğvi ilə bağlı göstəriş verib. İtaliyada növbəti parlament seçkiləri gələn il mart ayının 4-ə təyin edilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.01.2018
Türkiyə Afrində “Zeytun budağı” adlı əməliyyata başlayıb
19.01.2018
Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib
19.01.2018
Rusiya Afrindən çəkilir: Türkiyə ordusu Suriyada hərbi əməliyyat keçirəcək
19.01.2018
“Afrin əməliyyatı keçiriləcək“
19.01.2018
“The Washington Times”: “Mədəniyyətlər və sivilizasiyalar Bakıda görüşür”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8220

1 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
2 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
3 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 İsa Həbibbəyli: “Təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info