“Abxaziya dəmir yolunun açılması Gürcüstanın təhlükəsizliyinə təhdid yaradır”
Tarix: 29.12.2017 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Kaxa Qoqolaşvili: “Gürcüstanda işğal olunmuş ərazilərlə bağlı qanun var. Bu qanuna əsasən yanaşsaq Abxaziyadan yüklərin daşınması qanunsuzdur”

“Gürcüstanda bu nəqliyyat dəhlizinin açılmasına qarşı çıxan çox adam var. Osetiya və Abxaziyadan olan qaçqınlar da yolun açılmasına qarşıdır”

Son günlər ərzində Gürcüstanın Abxaziya və Cənubi Osetiya separatçı bölgələrindən Ermənistana dəmir yolu xəttinin açılması ilə bağlı məsələ geniş şəkildə müzakirə olundu. Rusiya ilə Gürcüstan arasında aparılan danışıqların detallarından biri də Ermənistanla əlaqəyə imkan verən Abxaziya dəmir yolunun yenidən istifadəyə verilməsidir. Rusiya ilə Ermənistan arasında əlaqə yaranmasına imkan verən bu dəymir yolu xəttinin açılması ilk növbədə Gürcüstanın öz maraqlarına uyğun deyil. Belə çıxır ki, Tbilisi öz ərazisində yaradılmış separatçı rejimi tanımış olur. Bu məsələ Bakıda da diqqətlə izlənilir. Bir çox ekspert qeyd edir ki, Abxaziya vasitəsilə Rusiya ilə Ermənistan arasında yeni əlaqə vasitəsinin yaranması və Moskvanın bu yoldan istifadə edərək Gümrüdəki bazaya yeni hərbi texnik daşıması Birləşmiş Ştatların da marağına uyğun deyil.

“Gürcüstan indi bu yolu aça bilməz – ərazi işğal altındadır. Əgər, işğal altındakı ərazidən yol açılırsa, deməli oradan Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə olunacaq, hərbi yüklər daşınacaq. Gürcüstana qarşı da hərbi məqsədlər üçün istifadə oluna bilər ki, bu da təhlükəsizlik problemi yaradır”

Ona görə də ABŞ bu yolun açılmasına qarşıdır. Gürcüstanı öz orbitində saxlamağa çalışan Ağ Ev və NATO Gümrüdə yeni hərbi vasitələrin yerləşməsi və yekunda Moskvanın regionda əlavə təsir imkanları əldə etməsini istəmir. Gürcüstanın özündə bir çox siyasətçilər Abxaziya dəmir yolunun açılmasına qarşıdır. Gürcüstanın Avropa Araşdırma Mərkəzinin rəhbəri Kaxa Qoqolaşvili “Tert.am”a açıqlamasında bildirib ki, Rusiya ilə Ermənistan arasında Abxaziya və Cənubi Osetiya vasitəsilə yük daşınmasna icazə vermək, yolu daimi şəkildə açıq saxlamaq mümkün deyil: “Ermənistan ancaq fors-major hallarda Abxaziya və Cənubi Osetiya dəhlizindən istifadə edə bilər. Bəzən ekstremal hallar olur, məsələn Lars yolu bağlı qalır. Belə hallarda həmin dəhliz vasitəsilə yük daşımağa icazə verilə bilər. Hələlik Rusiya ilə Gürcüstan arasındakı münasibətlərdə proqres əldə olunduğunu demək mümkün deyil. Tərəflərin bir neçə məsələdə razılıq əldə etməsi çox çətin görünür. Yüklərin təhlükəsizliyinin təmin edilməsi, gömrük yoxlamasının təşkil edilməsi, insanların keçidi və s. kimi məsələləri razılaşdırmadan bu işi həyata keçirmək mümkün deyil. Gürcüstanda bu nəqliyyat dəhlizinin açılmasına qarşı çıxan çox adam var. Osetiya və Abxaziyadan olan qaçqınlar da yolun açılmasına qarşıdır. Onlar əmlaklarını itiriblər, bir çoxunu onların əlindən alıblar. İndi həmin insanlar belə birtərəfli güzəşti qəbul etmək istəmirlər. Abxaziya və Osetiya yüklərin onların yolu ilə daşınmasına qarşı çıxmayacaqlar. Əgər bu, Rusiyaya sərfəlidirsə, onlar da bunu razılaşdıracaq. Amma problem yenə də status məsələsindədir – belə olan halda Osetiya və Abxaziya hansı statusda olacaqlar? Ortaya çoxlu problemlər çıxır. Məsələn, buraxılış məntəqəsi harada olacaq? Bu, status məsələsinə də daxildir və Gürcüstan son dərəcə ehtiyatlı olacaq”. Politoloq bildirib ki, Gürcüstanla Rusiyanın münasibətləri yaxınlaşmadığı üçün həmin dəhlizin yaxın zamanda açılacağını təsəvvür etmək çətindir. Gürcüstanda işğal olunmuş ərazilərlə bağlı qanun var. Bu qanuna əsasən yanaşsaq Abxaziyadan yüklərin daşınması qanunsuzdur. Problem bunda deyil. Gürcüstan bu yolu açsa, Ermənistan ondan istifadə edəcək. Amma məsələ ondadır ki, Gürcüstan indi bu yolu aça bilməz – ərazi işğal altındadır. Əgər, işğal altındakı ərazidən yol açılırsa, deməli oradan Rusiya tərəfindən hərbi məqsədlər üçün istifadə olunacaq, hərbi yüklər daşınacaq. Gürcüstana qarşı da hərbi məqsədlər üçün istifadə oluna bilər ki, bu da təhlükəsizlik problemi yaradır. Bu, Gürcüstanın təhlükəsizliyinə təhdid yaradır. İndi bir çox məsələ müzakirə oluna bilər, amma yol nə vaxt açılacaq bəlli deyil. İndi heç bir halda həmin yolun açılması mümkün deyil”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Putin Paşinyanı alçaldıb
16.06.2018
Paşinyan rus təhdidləri ilə Avropa “imkanları” arasında qalıb
16.06.2018
“Jamanak“: “Paşinyan istefa verəcək”
14.06.2018
Paşinyan hökumətində ilk çatlar
14.06.2018
Paşinyanın təyinatı ermənilərdə hiddət doğurdu

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9426

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 “Dünyada Azərbaycanın ov baxımdan üstünlüyü çoxdur”
3 Nə Vətən məndən doydu, nə mən Vətəndən…
4 Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb
5 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info