Belarusda Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd edilib
Tarix: 30.12.2017 | Saat: 10:03:00 | E-mail | Çapa göndər
Azərbaycanın Belarusdakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Belarus Azərbaycan İcmaları Konqresinin, Minskdə fəaliyyət göstərən “Qobustan” cəmiyyətinin üzvlərinin və Belarusda təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Prezident İlham Əliyevin dünya azərbaycanlılarına müraciəti oxunub.
Sonra səfir Lətif Qəndilov çıxış edərək Azərbaycan xalqının milli oyanışında, dövlətçiliyimizin möhkəmləndirilməsində bu bayramın rolunun böyük olduğunu və ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş Azərbaycan məfkurəsinin formalaşdırılması və inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, xalqımız və dövlətimiz üçün məsul bir dövrdə, 1991-ci il dekabrın 16-da 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bu bayram dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlıları birləşdirmək, onlar arasında birlik və həmrəylik yaratmaq işində müstəsna əhəmiyyətə malikdir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq hər bir azərbaycanlı üçün mənəvi ehtiyaca çevrilib.
Səfir bildirib ki, bu gün Prezident İlham Əliyev ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş diaspor siyasətini uğurla davam etdirir. Keçən illər ərzində diaspor hərəkatına xüsusi diqqət yetirilib. Son 10 ildə keçirilmiş 3 qurultay azərbaycanlıların təşkilatlanmasında və bu fəaliyyətin səmərəliliyinin yüksəldilməsində əhəmiyyətli olub, anti-Azərbaycan siyasətinə qarşı çox güclü bir hərəkata çevrilib, həmçinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayıb. Bu gün dünya azərbaycanlıları iftixarla müstəqil dövlətlərinin olduğunu görür və qürur hissi keçirirlər. Biz hamımız fəxr edirik ki, özünün yüksəliş dövrünü yaşayan bir ölkənin övladlarıyıq.
Sonra diaspor üzvlərindən Məzahir Yusifov, Gülnarə İmanova və Baxşı Qənbərov çıxış edərək dövlətimizin uğurlarından qürur hissi keçirdiklərini söyləyərək, Prezident İlham Əliyevin Azərbaycan xalqının əsl lideri olduğunu bildiriblər.
Tədbir Azərbaycan musiqisinin sədaları altında bayram süfrəsi ətrafında davam etdirilib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Ukraynada ATƏT müşahidə missiyasının üzvü ölüb
18.01.2018
Ermənistanda Rusiya əleyhinə aksiyalar keçirilə bilər
18.01.2018
Erməni deputat: “Ermənistanda hökumət ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil”
18.01.2018
“Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər“
18.01.2018
Erməni hərbçilər qəza törədiblər-2 ölü

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8206

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


19.01 15:17
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info