Leriklilər yeni ili yüksək əhval-ruhiyyə ilə qarşılayırlar
Tarix: 30.12.2017 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Dekabrın 30-da Lerik şəhərinin Heydər Əliyev Meydanında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayramsayağı bəzədilmiş meydanda yolka ətrafında Şaxta baba və Qar qızın iştirakı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram tədbirində çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev lerikliləri qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edib, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə, o cümlədən Lerik rayonunda da 2017-ci ilin uğurla başa çatdığını bildirib.
2017-ci ildə Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayan C.Baxşıyev Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyini, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atıldığını və digər sahələrdə uğurlu nəticələrin qazanıldığını diqqətə çatdırıb.
Tədbirdə rayonun musiqi kollektivləri bayram konsert proqramı ilə çıxış ediblər.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info