Qəmbər Hüseynlinin Gəncədə abidəsi ucaldılıb
Tarix: 31.12.2017 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Gəncənin Filarmoniya bağında Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Samir Cəfərov, bəstəkarın oğlu Nəsimi Hüseynli, qohumları və şəhər ictimaiyyətinin nümayəndələri abidənin açılışında iştirak ediblər.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev abidənin üzərindəki rəmzi açılışı bildirən örtüyü götürüb və önünə gül dəstəsi qoyub.
Elmar Vəliyev Fikrət Əmirovdan dərs alan Qəmbər Hüseynlinin incəsənət sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb, eyni zamanda, Gəncədə əsaslı şəkildə təmir olunan mədəniyyət mərkəzlərindən söz açıb. İcra hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsinə, eləcə də mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
AMEA-nın Gəncə Bölməsinin akademik-katibi Fuad Əliyev Gəncənin milli mədəniyyət, elm, incəsənət mərkəzi olduğunu deyib və bu şəhərin övladı olan neçə-neçə dahi şəxsiyyətin milli mədəniyyətimizə bəxş etdiyi töhfələri xatırladıb.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Samir Cəfərov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin dünyada layiqincə təmsil olunduğunu deyib.
Bəstəkarın oğlu Nəsimi Hüseynli dövlətimizin başçısının müvafiq sərəncamı ilə Qəmbər Hüseynlinin 100 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. O, atasının xatirəsinə ucaldılmış abidəyə görə ailəsi adından Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Abidənin müəllifi Asəf Həsənovdur.
Qeyd edək ki, Qəmbər Hüseynli 1916-cı il aprelin 16-da Gəncədə dəmirçi ailəsində anadan olub. Musiqinin bir çox janrlarında dəyərli əsərlər yaradan və 250-dək mahnının müəllifi olan Qəmbər Hüseynliyə uşaqlar üçün yazdığı “Cücələrim” mahnısı dünya şöhrəti gətirib. O, 1961-ci ildə ağır xəstəlikdən vəfat edib.




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
İrəvan teatrının bölgələrə qastrol səfəri davam edir
18.12.2018
Rusiyalı jurnalist ilk kitabını Azərbaycana həsr edib
18.12.2018
Azərbaycanlı istedad dünyaca məşhur piano müsabiqəsində qalib oldu
18.12.2018
Türk dünyası üçün 2019-cu il “İmadəddin Nəsimi ili” elan olunub
18.12.2018
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 “İtalyanlar bizə çox bənzəyirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info