Vitaminsizlik bir bəla, çox vitamin isə min...
Tarix: 31.12.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər
Təhlükəli hüceyrələri oyadır

Vitamin-insan orqanizminin normal inkişafı üçün vacibdir. Vitamin əksikliyi nəticəsində isə vücudda bir sıra problemlər baş qaldırmağa başlayır.
Son zamanlar "Vitaminin zərəri yoxdur", "Xəstələnməmək üçün vitamin qəbulu şərtdir", "Uşağım yaxşı yemir, vitamin almalıyam" düşüncəsi ilə özbaşına vitamin qəbulu halları artıb.

Medicina.az bildirir ki, terapevt-qastroenteroloq Mətanət Cəfərova vitaminlərin özbaşına qəbulunun yolverilməz olduğunu bildirib:
"Xüsusilə də yaşlı adamlarda. 65 yaş üzərindəki insanlara vitamin tərkibli dərmanların istifadəsinə icazə verilmir. Çünki vitaminlər, o bədəndə yatmış olan hansısa xərçəng hüceyrəsini oyatmaq qabiliyyətinə malikdir. Həkim məsləhəti olmadan vitamin qəbulu düz deyil. Tərkibinin miqdarı gündəlik vitamin ehtiyacından da az olan vitaminlərin bir zərəri dəyməz. Amma ciddi tərkibi olan vitaminlərin, xüsusilə B, A, E, D vitamininin qəbulu həkim göstərişi olmadan yolverilməzdir".
Vitamin çatışmazlığının özünəməxsus əlamətlərinin olduğunu əlavə edən M. Cəfərova hansı problemlərin hansı vitamin əksikliyindən yarandığını açıqlayıb:
"A vitamini çatışmazlığı xüsusilə görməyə təsir edir. Gözün zəifləməsinə səbəb olur. B12 vitamin çatışmazlığı yaddaşsızlığa, qanazlığına səbəb ola bilər.
D vitamini çatışmadıqda əzələ yorğunluğu, sümük ağrıları, tez yorulma halları baş verə bilər.
K vitamini çatışmazsa, bədən qanaxmalara meyilli ola bilər. Qan yaranma sistemində pozğunluqlar yarana bilər.
Qaraciyər üçün çox vacib olan vitamin E-dir. Bunu yenə də həkim təyin etməlidir. Bu vitamin çatışmadıqda yumurta hüceyrəsində spermatazoidin inkişafının ləngiməsinə səbəb olur. E vitaminindən hədsiz çox istifadəsi qaraciyərdə hepatitin yaranmasına da gətirib çıxara bilər.
C vitamini çatışmadıqda immun sistemi zəif olur. Xəstəlik, virusa yoluxma halları artır. Miqdarı çox olduqda laxtalanma sisteminə təsir edir. Bu səbəbdən həkim göstərişi olmadan qəbul etmək olmaz, xüsusilə də C vitamini iynələri".
Həkim hazırda insanların ən çox həkim müayinəsi olmadan B12 iynələrini vurdurduğunu qeyd edib:
"Hansısa B12-lərin qəbulu yatmış hüceyrələri oyada bilər və xərçəng yaranmasına səbəb ola bilər. Xüsusilə də qan xərçəngi. Bunun üçün vitamin qəbul edən zaman insanlar çox ehtiyatlı olmalıdırlar".
Saglamolun.Az




 
Bölməyə aid digər xəbərlər
14.01.2018
Həftədə 2 sosis yemək süd vəzi xərçəngi yaradır
11.01.2018
Ukraynada qızılca xəstəliyinə yoluxanların sayı durmadan artır
09.01.2018
Müalicəvi Diaqnostika Mərkəzində mürəkkəb əməliyyat həyata keçirilib
05.01.2018
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadizdə
31.12.2017
Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alan yeni üsul aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8181

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info