Zaqatala Xalq Teatrı uşaqları yeni tamaşa ilə sevindirib
Tarix: 31.12.2017 | Saat: 12:44:00 | E-mail | Çapa göndər


Zaqatala rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrının kollektivi ənənəyə uyğun olaraq Yeni il bayramı ərəfəsində uşaqları yenə də maraqlı tamaşa ilə sevindirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Məlikməmməd” xalq nağılı əsasında hazırlanan eyniadlı nağıl-tamaşa üzərində məşqlər artıq başa çatıb və yeni səhnə əsəri dekabrın 30-da Mədəniyyət Mərkəzinin səhnəsində uşaqlara təqdim olunub.
Əməkdar Mədəniyyət İşçisi Bayram Qurbanovun quruluş verdiyi tamaşanın rəssamı Çingiz Məmmədov, musiqi tərtibatçısı Kənan Şəkərovdur.
Səhnə əsərində Məlikməmməd obrazını Müqəddəs Yekayev, şah obrazını Bayram Qurbanov, vəziri Kənan Şəkərov, div rolunu Şahin İsayev, qalan obrazları isə teatrın digər həvəskar aktyorları canlandırıblar.
Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.
Teatrın kollektivi bu tamaşa ilə dekabrın 31-də də pərəstişkarları qarşısında çıxış edəcək.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Rotunda Jazz Club”da dörd ölkənin musiqiçilərindən ibarət ansamblın çıxışı olub
18.10.2018
Düşənbədə “Əbədi ezamiyyət” filmi nümayiş etdiriləcək
17.10.2018
Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib
17.10.2018
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018
Türkiyəli teatr xadimləri Musiqili Teatrda

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info