Abu-Dabidə keçirilən festivalda Azərbaycan gecəsi təşkil edilib
Tarix: 31.12.2017 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


2017-ci il dekabrın 1-dən 2018-ci il yanvarın 27-dək Abu-Dabi şəhərində Şeyx Zayed İrsi Beynəlxalq Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festivalda Çin, Rusiya, Türkiyə, Ukrayna, həmçinin Mərkəzi Asiya və Ərəb ölkələri də daxil olmaqla, 24 ölkə iştirak edir.
Festivalda Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizin məhsul və xidmətlərindən ibarət pavilyon qurulub. Pavilyonda Azərbaycan istehsalı olan sərinləşdirici içkilər, çaylar, konservləşdirilmiş ərzaq məhsulları, mürəbbələr, quru meyvələr və çərəzlər, halal standartlara uyğun olaraq orqanik istehsal olunan kosmetika məhsulları, turizm xidmətlərinin satışı həyata keçirilir.
Hər il iki milyondan çox ziyarətçisi olan və bir çox dünya ölkələrinin dövlət və hökumət başçılarının, yüksək vəzifəli rəsmilərin, ictimai, siyasi, mədəniyyət və incəsənət xadimlərinin, jurnalistlərin və blogerlərin ziyarət etdiyi festivalda Azərbaycan pavilyonu yüksək maraqla qarşılanıb.
Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə səfirlik tərəfindən festivalın mədəni hissəsində Birləşmiş Ərəb Əmirlərində yaşayan azərbaycanlı uşaqların iştirakı ilə Azərbaycan milli rəqslərinin nümayişi təşkil edilib.
Tədbir çərçivəsində təşkil edilmiş paradda pavilyonumuzun iştirakçıları milli paltarlarda Azərbaycanın dövlət bayrağını bütün festival ərazisində gəzdirib, ziyarətçilərlə şəkillər çəkdirib, ölkəmiz barədə geniş məlumat veriblər.
Daha sonra festivalın səhnəsində səfirliyin nəzdində fəaliyyət göstərən Qarabağ İnciləri özfəaliyyət qrupunun üzvlərinin ifasında Azərbaycan rəqsləri nümayiş etdirilib. Rəqslər tədbir iştirakçılarının böyük marağına səbəb olub, qonaqlar milli paltarda olan rəqs ifaçıları ilə şəkillər çəkdiriblər. Azərbaycan rəqsləri gecə boyu festivalın bir neçə müxtəlif səhnəsində fasilələrlə nümayiş etdirilib. Rəqslərin tədbirin sonunadək bir neçə dəfə təşkili planlaşdırılır.
Qeyd olunmalıdır ki, sözügedən tədbir BƏƏ aparıcı televiziya kanalları tərəfindən nümayiş etdirilib, həmçinin tədbir haqqında ətraflı reportaj ölkənin bütün elektron mediası tərəfindən geniş yayımlanıb.




 
Bölməyə aid digər xəbərlər
25.06.2018
Yaponlar ABŞ bazası üçün aerodromun tikintisinə etiraz edirlər
25.06.2018
Koreya səfirliyi Xalq Cümhuriyyətinin 100 illiyinə aid diplomatiya seminarı keçirəcək
25.06.2018
“Ərdoğan ədalətli və rəqabətli mübarizədə qalib gəldi”
25.06.2018
Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
24.06.2018
Türkiyə ictimaiyyəti Rəcəb Tayyib Ərdoğan və AKP-nin möhtəşəm qələbəsini böyük coşqu ilə qarşılayıb

Şərh əlavə olunmayıb



    ,    
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9463

1 “Yunanıstanda yerli gənclər təşkilatları ilə əməkdaşlıq edirik”
2 Лукашенко продал «Полонезы» Алиеву. В пику Еревану и Москве?
3 “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” in açılışı olub
4 Estoniyanın ali məktəblərinin qapıları azərbaycanlı tələbələrin üzünə açıqdır
5 İmtahan fənlərinin sayı azaldılır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info