Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alan yeni üsul aşkarlanıb
Tarix: 31.12.2017 | Saat: 19:19:00 | E-mail | Çapa göndər
Moskva Dövlət Universitetinin alimləri xərçəng hüceyrələrini “ac qoymaqla” onları yaşadan protein (zülal) istehsalına mane olaraq böyümələrinin qarşısını alıblar.
AZƏRTAC “sputniknews.com” saytına istinadla xəbər verir ki, xərçəng hüceyrələrinin özəlliyi ondan ibarətdir ki, onlar çox miqdarda qida və oksigen qəbul edirlər. Bu isə onların nəzarətsiz şəkildə böyüyüb yayılmasına şərait yaradır. Alimlər son illərdə xərçəng hüceyrələrinin “iştahasını öldürməklə” xəstəliklə mübarizədə həm immun sisteminin, həm də müxtəlif kimyaterapiya və immunoterapiyanın tətbiqinin daha faydalı nəticə verdiyini aşkar ediblər.
Tədqiqatçılar uzun illər ərzində hüceyrəvi aclığın xərçəngə təsirini araşdırıb və siqnal molekulları, müxtəlif gen terapiyalarının köməyi ilə müsbət nəticə əldə etməyə çalışıblar. Bunun üçün tədqiqatçılar iki cür “ölümsüz” xərçəng hüceyrələrini qidalanmadan məhrum ediblər. Daha sonra kimyaterapiya vasitəsilə immun sistemində müdafiə ilə əlaqəli genlərin fəallığındakı dəyişiklikləri izləyiblər.
Son nəticədə alimlər xərçəng hüceyrələrini “ac qoymaqla” təsiri nəzərəçarpacaq dərəcədə azalan DNT-nin bir neçə bölgəsi ilə əlaqəli zülalları müəyyən etməyə nail olublar.




 
Bölməyə aid digər xəbərlər
14.01.2018
Həftədə 2 sosis yemək süd vəzi xərçəngi yaradır
11.01.2018
Ukraynada qızılca xəstəliyinə yoluxanların sayı durmadan artır
09.01.2018
Müalicəvi Diaqnostika Mərkəzində mürəkkəb əməliyyat həyata keçirilib
05.01.2018
Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Horadizdə
31.12.2017
Vitaminsizlik bir bəla, çox vitamin isə min...

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8181

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info