167 il bundan əvvəl açılan aptek bu gün də fəaliyyət göstərir
Tarix: 02.01.2018 | Saat: 05:27:00 | E-mail | Çapa göndər


Azərbaycanda ilk apteklərdən olan, 167 il bundan əvvəl Neftçalanın Bankə qəsəbəsində açılan aptek bu gün də fəaliyyət göstərir. XIX əsrin əvvəllərində Salyan qəzasının (indiki Neftçala rayonunun) Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən məşhur balıqçılıq müəssisəsi yandıqdan sonra 1841-ci ildə vətəgələr, inzibati binalar Bankə qəsəbəsinə köçürülür. Bu balıq vətəgələrində yerli əhali ilə yanaşı, yüzlərlə iranlı, rus, tatar, gürcü muzdluları da çalışıblar. O vaxtlar yayılan vəba, taun və digər bu kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün vətəgələrdə zəruri tədbirlər görülüb. Elə bu məqsədlə də burada ilk aptek yaradılıb.
Əczaçı Əyyub İsmayılov AZƏRTAC-ın müxbirinə bildirib ki, aptek ilk vaxtlar balıqçı gəmisində fəaliyyət göstərib. Sonralar isə aptek qəsəbədə balıqçılar üçün daşdan və taxtadan tikilmiş ikimərtəbəli binalardan birinə köçürülüb. O vaxtkı tikililərdən bu günə kimi qalan yeganə bina da elə həmin aptekin yerləşdiyi binadır. Aptekdən təkcə Bankə qəsəbəsinin deyil, qonşu kəndlərin sakinləri də istifadə edirlər.




 
Bölməyə aid digər xəbərlər
15.06.2018
“Azərbaycanda analoqu olmayan məzhəb mehribanlığı var“
14.06.2018
Avtovağzallara pasportlar təqdim edilib
14.06.2018
Gələn il Xaçmazda toxum emalı fabriki istifadəyə veriləcək
13.06.2018
“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi
13.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın indiki reallıqlarının və xoşbəxt gələcəyinin rəhnidir

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9418

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info