Qəribə təsadüflər
Tarix: 02.01.2018 | Saat: 10:41:00 | E-mail | Çapa göndər

Təsadüflər zərurətdən, zərurətlər təsadüfdən doğur -deyirlər. Yaşadığımız həyat isə onlardan istisna olunmayıb. Lakin onlardan eləsi var ki, həqiqətən də maraqlıdır.

AZƏRTAC həmin təsadüflərin bəzilərini təqdim edir.

Mark Tven və Qalley kometi

1835-ci ildə Qalley kometi yerin yaxınlığından keçən gün məşhur yazıçı Mark Tven dünyaya gəlir. 1910-cu il komet növbəti dəfə Yerin yaxınlığından keçdiyi gün yazıçı vəfat edir. 1909-cu ildə yazıçı öz ölüm xəbərini yazmışdı: “Mən dünyaya Qalley kometasi ilə gəlmişəm və gələn il həmin komet ilə dünyanı tərk edəcəyəm”.

Kitab sahibini tapdı

1920-ci ildə yazıçı Enni Perriş Parisdə istirahət edərkən kitab mağazasında sevdiyi uşaq kitabı “Cek Frost və başqa hekayələr”i alır. Enni kitabı ərinə göstərərək uşaqlıqda onu çox sevdiyindən danışır. Əri kitabı Ennidən alaraq titul vərəqindəki yazını oxuyur. “Enni Perriş, 209 H. Uebberstrit, Kolorado Sprinqs”. Bu uşaqlıqda Enniyə məxsus olan həmin kitab idi!

Qatardakı yad adamlar

1920-ci ildə qatarda eyni kupedə üç ingilis səyahət edirdi. Tanışlıq zamanı qəribə bir təsadüf ortaya çıxır: sərnişinlərdən birinin soyadı Binkhem, ikincisinin soyadı Pauell, üçüncüsünün soyadı isə Binkhem- Pauell idi. Onların bir-biri ilə heç bir qohumluq əlaqəsi yox idi.

Kral Umbertonun ikinci siması


İtaliya kralı I Umberto nahar etmək üçün Montsa şəhərində kiçik bir restorana daxil olur. Hörmət əlaməti olaraq kralın sifarişini restoran sahibi qəbul edir. Restoran sahibi həm bədən quruluşu, həm də sifət cizgiləri ilə krala çox bənzəyirdi. Onlar bir qədər söhbətdən sonra başqa oxşar cəhətlər də aşkar edirlər: həm kral, həm də restoran sahibi eyni ildə, eyni gündə və eyni şəhərdə anadan olmuşdular-1844-cü il martın 14-də. İkisinin də həyat yoldaşının adı Marqarita idi. Restoranın sahibi oranı I Umbertonun tacqoyma mərasimi günü açmışdı.
Lakin oxşarlıqlar təkcə bununla bitmir. 1900-cü ildə Umbertoya xəbər çatır ki, restoran sahibi bədbəxt hadisə nəticəsində açılan güllədən ölüb. Başsağlığı verməyə macal tapmamış kralın karetasını əhatə edən camaatın içindən bir anarxist atəş açaraq onu öldürür.




 
Bölməyə aid digər xəbərlər
17.01.2018
Rusiya şirkəti kosmosda otel yaratmaq istəyir
16.01.2018
Sinqapurda suyun keyfiyyətini robotlar yoxlayacaq
16.01.2018
Zökəmi düzgün müalicə edilməlidir
16.01.2018
Özbəkistanda 8 ton ağırlığında plov hazırlanıb
15.01.2018
Fındığın tükənməz faydaları

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info