Ötən il İsmayıllıya 105 minə yaxın turist gəlib
Tarix: 02.01.2018 | Saat: 16:42:00 | E-mail | Çapa göndər



İsmayıllı Azərbaycanın turizm potensialı yüksək olan bölgələrindəndir. Əsrarəngiz təbiəti, gözəl flora və faunası, tarix və mədəniyyət abidələri ilə hamı üçün olduqca maraqlıdır. Təsadüfi deyildir ki, bu yerləri görmək istəyənlərin sayı ildən-ilə artır. Yenicə yola saldığımız 2017-ci ildə rayona 104 min 760 turist gəlib ki, onların da 14 min 225-i xarici turistlərdir. Bu da 2016-cı ildəkindən 3005 nəfər çoxdur. Ölkəmizdə turizmin inkişafına göstərilən dövlət qayğısı İsmayıllıda da bu sahədə mövcud potensialdan səmərəli istifadə üçün geniş imkanlar açıb.
AZƏRTAC-ın bölgə müxbirinin suallarını cavablandıran İsmayıllı Turizm İnformasiya Mərkəzinin direktoru Səbuhi Süleymanov deyib: “Artıq rayonda 7 istiqamət – İsmayıllı şəhəri, Basqal və Lahıc qəsəbələri, Qalacıq şəlaləsi, Cavanşir qalası, İvanovka istiqaməti və Qaranohur gölü üzrə marşrutlar fəaliyyət göstərir. Təbiəti, tarixi və mədəniyyət abidələri ilə yanaşı, xarici turistləri həm də milli mətbəximiz çox maraqlandırır”.
Turistlər üçün yaradılan şəraitdən danışan S.Süleymanov bildirib ki, hazırda rayonda 1559 yataq yeri olan 32 istirahət mərkəzi və bir “Günəş” uşaq əyləncə parkı fəaliyyət göstərir. 238 yerlik daha 4 istirahət mərkəzi isə inşa olunur.
“İsmayıllıya gələn xarici turistlər arasında Rusiya, ərəb ölkələri, Yaponiya, Belorus, Latviya, Fransa və Almaniyadan olanlar üstünlük təşkil edir. Hazırda rayonda Yeni ili qarşılayanlar arasında xarici ölkələrdən gələn turistlər də var. Bu günlər gələnlərin ən çoxu ərəb ölkələrindəndir”,- deyə mərkəzinin direktoru vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
16.07.2018
Ağcabədidə məhsul istehsalının həcmi 1,5 dəfə artıb
16.07.2018
Cəbrayıl haqqında film ingilis dilində
15.07.2018
Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
15.07.2018
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
15.07.2018
DTX Yunis Səfərovla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş şəxsləri saxlayıb

Şərh əlavə olunmayıb



    ,    
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9628

1 Ərəstü Həbibbəyli Baş nazirin Katibliyinin rəisi təyin edilib
2 “Azərbaycan dövlətinin dəstəyi Rumıniyada mənə əlavə motivasiya verib”
3 Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info