“Manon Lesko” operası Moskvada oynanılacaq
Tarix: 03.01.2018 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Yanvarın 24-26-da və 28-də Rusiya Dövlət Akademik Böyük Teatrında Cakomo Puççininin “Manon Lesko” dördpərdəli operası nümayiş etdiriləcək.
AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, yanvarın 25-də və 28-də səhnə əsərində kral qvardiyasının serjantı Leskonun partiyasını Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov (bariton), Kavaler de Qriyenin partiyasını Azərbaycanın Əməkdar Artisti Yusif Eyvazov (tenor) ifa edəcək. Həmin günlərdə Manon Lesko obrazını Rusiyanın Xalq Artisti Anna Netrebko (soprano) canlandıracaq.
Xatırladaq ki, E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos” Aleksandr Borodinin “Knyaz İqor” operalarında obrazlar yaradıb.
Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov isə 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-prisinə layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Adanada Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə mərasim başlanıb
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub
23.09.2018
Ağdam Dövlət Dram Teatrı yeni mövsümü “Aydın” tamaşası ilə açıb
23.09.2018
Azərbaycanın milli musiqi alətləri Fransa muzeyinə hədiyyə edilib
23.09.2018
Ceyms Bond haqqında növbəti filmi yapon əsilli kinorejissor çəkəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info