Melkumyan:“Biz işsizlik və miqrasiyaya görə Gürcüstan və Avrasiya İqtisadi İttifaqı ölkələri ilə müqayisədə birinciyik”
Tarix: 03.01.2018 | Saat: 23:53:00 | E-mail | Çapa göndər
Bu fikirləri “Armenianreport” saytına açıqlamasında "Tsarukyan" blokundan olan deputat Mikael Melkumyan bildirib. Sayt əməkdaşının “hazırda sosial və iqtisadi vəziyyətin ağırlığı ölkədə ictimai partlayışa gətirib çıxara bilərmi?”-sualına erməni deputat ölkədə yoxsulluq səviyyəsinin çox yüksək olduğunu, əmək miqrantlarının böyük axınla ölkəni tərk etdiyini xatırlatsa da, Ermənistanda ciddi sosial iğtişaşlar üçün heç bir xüsusi şərt olmadıgını bildirib: “Təbii ki, Ermənistanın “göstəriciləri”ni qonşu Gürcüstan və ya Avrasiya İqtisadi İttifaqı ölkələri ilə müqayisə etsək, ən mənfi olanlar bizdədir. Bu gün ölkədə yaranmış vəziyyətin həllində və ya azaldılmasında xeyli problemlər var”-deyən Melkumyan, mövcud sosial və iqtisadi vəziyyətin iqtisadiyyata, Ermənistanda əmək məhsuldarlığına mənfi təsir göstərəcəyini söyləyib.
Qeyd edək ki, Ermənistanda 2018-ci il dövlət büdcəsinə əsasən onun kəsiri 4 faiz olacağı ehtimal edilir. Bununla yanaşı, inflyasiya fonunda, ölkədə maaş, pensiya və müavinətlərin artırılması nəzərdə tutulmur.
Bundan əlavə, Ermənistanın dövlət borcu 2017-ci ildə 6 milyard 813 milyon dollar olmuşdusa, 2018-ci ildə bunun 7 milyard 209 milyon dollardan da çox olacağı gözlənilir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.04.2018
İş adamları Ermənistandan qaçırlar
26.04.2018
Ermənistanda baş nazir postuna seçkilər mayın 1-də keçiriləcək
26.04.2018
Ermənistanda etirazlar nə vaxt başa çatacaq? - Paşinyandan cavab
26.04.2018
 Serj Sarkisyan Respublika Partiyasının sədrliyindən istefa verib
26.04.2018
İrəvanda etirazçılar Paşinyanı baş nazir seçməyi tələb ediblər

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9101

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib
4 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
5 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info