Almaniyada erməni fırıldaqları
Tarix: 04.01.2018 | Saat: 11:36:00 | E-mail | Çapa göndər
“Pfleqe” (qulluq, baxma) sözü - Almaniyanın rusdilli sakinlərinin leksikonunda möhkəm kök salmış alman terminlərindən biridir. Onlar qocalıqda və ya zəifliklə əlaqədar qulluq göstərilməsinə ehtiyac yaranacağı hal üçün icbari sığorta sistemini belə adlandırırlar. Bu cür xidmətlər göstərən firma da pfleqe adlanır.
Bu sığorta fonduna aylıq ayırmaların həcmi məvacibin iki faizindən bir qədər çoxdur. Lakin Almaniyada işləyən əhalinin sayının 43 milyondan çox olmasını nəzərə alsaq, bu sistemdə dövr edən məbləğ çox böyükdür. Pul çox olan yerdə isə cəmiyyətin hesabına varlanmağı arzu edənlər də çox olur. Cinayət işləri üzrə Federal İdarənin (BKA) məlumatına görə, onların arasında keçmiş SSRİ-dən, xüsusilə Ermənistandan gəlmələr çoxdur.
Hazırda Almaniyada qocalara qulluq üzrə 14 mindən çox, təkcə Berlində - təxminən 600 firma mövcuddur. Almaniyada rusdilli miqrantların sayı get-gedə çoxalır. Təbii ki, bu insanlar da qocalır və deməli, qulluğa ehtiyac duyurlar. Ekspertlər bu sahədə fırıldağa meyilin artmasını keçmiş sovet vətəndaşlarının sosiallaşmasının spesifik xüsusiyyətləri ilə izah edirlər. Çünki konkret insanın pulunu oğurlamaqdansa, ictimai “sahibsiz” kassadakı sərvətin “artıq” hissəsini götürmək daha asandır.
Almaniyada öz pfleqesini açmaq üçün böyük ağıl və xüsusi təhsil lazım deyil. Qanunda göstərilmiş işçilər tapmaq daha mürəkkəb məsələdir. Qulluq göstərmək üzrə yarım illik köməkçi kursları bitirmiş insanları hələ tapmaq olar.
Amma ən vacibi - müştərilər lazımdır. Düzdür, Almaniya əhalisi qocalır, amma onlara qulluq etmək, daha doğrusu, onların hesabına pul qazanmaq istəyənlərin hamısı üçün zəif qocalar tapmaq çətinləşir. Buna görə firmalar bəzən bayağı üsullarla belə qocaları tovlayıb bir-birinin əlindən alırlar. Qoca nənə (və ya onun qəyyumu) ona qulluq göstərilməsinə dair müqaviləni imzalayır və bunun cavabında firmadan “kompliment” alır.
Bir neçə ay ərzində araşdırma aparmış BKA müəyyən edib ki, Ermənistandan gəlmələr və çoxsaylı pensiyaçılar qulluq göstərilməsinə ehtiyac olması barədə saxta müqavilə bağlayaraq pfleqedən pul alır, lakin onun xidmətlərindən istifadə etmirlər. Firma saxta protokollar üzrə ödəniş almaq üçün onları sığorta kassasına təqdim edirdi.
“Berliner Zeitung” qəzetində belə hadisələrdən biri haqqında dərc edilmiş məqalədə göstərilir ki, Berlindəki “Herz & Seele GmbH” firması Ermənistandan gəlmiş bir ahıl insana qulluq göstərilməsi üçün sığorta kassasından hər ay 900 avrodan 1400 avroya qədər pul alırdı. Nəzarətçilər həmin qocanın evinə gələndə hava isti olmasına baxmayaraq, əlil arabasında laqeyd halda oturmuş, başına isti papaq qoymuş qoca əlindəki fincanı yerə salıb sındırır. O, çətinliklə və yalnız rusca danışırdı, hərçənd bu adam əvvəllər Almaniya xəstəxanalarında həkim işləyib.
Simulyant qocanın fırıldağı yalnız onun yerli seçkilərdə öz namizədliyini irəli sürmək qərarından sonra ifşa edilib. Namizəd tribunada əminliklə dayanır və almanca əla danışırdı.
Zərərin ümumi həcmi 6,8 milyon avro olub. Firma bağlanıb. Yeri gəlmişkən, paytaxt senatının məlumatına görə, Ermənistandan gəlmələr arasında “qulluğa ehtiyac duyulması” Berlinin bütün başqa sakinləri ilə müqayisədə yeddi dəfə tez-tez qeydə alınır.
Bir sözlə, türklər Almaniya xəzinəsinin xeyrinə dayanmadan işlədiyi halda, ermənilər alman vergi ödəyicisini “sağır”, bundestaq isə həmin ermənilərə uydurma “soyqırımı”nın tanınması haqqında qətnaməni hədiyyə edir.
AZƏRTAC




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
ABŞ PKK-ya zenit-raket kompleksləri verib
16.01.2018
ABŞ PKK-nın Suriya qoluna zenit-raket kompleksləri verib
16.01.2018
Rumıniyanın Baş naziri istefa verib
15.01.2018
Liviyada beynəlxalq hava limanına hücum nəticəsində 11 nəfər ölüb
15.01.2018
Hindistan və Pakistan əsgərləri arasında atışma baş verib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8181

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info