Azərbaycanda “Koroğlu” adlı ilk milli komiks
Tarix: 04.01.2018 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə “İRS cizgi” yaradıcılıq qrupunun “Koroğlu” adlı ilk milli komiksinin təqdimatı keçirilib.
“İRS cizgi” yaradıcılıq qrupu xəbər verir ki, layihənin rəhbəri Anar Əkbərli və rəssam-kolorist Zeynəb Qocayevadır. Milli komiksin ərsəyə gətirilməsi üçün layihə rəhbərləri öncə tarixi araşdırma aparıb, arxiv materialları ilə işləyib və nəticədə Koroğlunu qəhrəman kimi təqdim edib.
Mərkəzi Elmi Kitabxananın əməkdaşı Renat Cəfərov bildirib ki, komiks istənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında hazırlanıb. Dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanan komiks oxucuya məntiq və dünyagörüşü aşılayır. Komiksin növbəti buraxılışlarında təkcə Koroğlu deyil, Azərbaycan tarixinin digər milli qəhrəmanları olan Babək, Şah İsmayıl Xətai, və müasir dövrün qəhrəmanlarından olan Mübariz İbrahimov kimi personajlar olacaq. Komiks altı nömrədən ibarət olacaq. “İRS cizgi” yaradıcılıq qrupu komikslərin üzərində çox diqqətlə işləyir və tarixi faktları yoxlayır.
Gələcəkdə layihənin müəllifləri komiks əsasında oyuncaqlar, animasiya və kompyuter oyunları təqdim etməyi planlaşdırırlar.
Qeyd edək ki, komiks mədəniyyəti ötən əsrin 20-ci illərin əvvəlində ABŞ-da yaranıb və gəncləri təkcə əyləndirmək deyil, həm də onlara xüsusi dəyərlərin aşılanması məqsədi daşıyır. Amerikan komikslərin Supermen, Betmen və digər qəhrəmanları geniş ictimaiyyət tərəfindən o qədər rəğbət qazanıb ki, onlar zamanla bu istiqamətlə bərabər, hollivud filmləri, cizgi filmləri və teatr tamaşaları kimi digər yaradıcı sahələrin də inkişafına təkan verib. Bu gün komiks ənənəsi artıq bütün dünyada geniş yayılmaqdadır.




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
İrəvan teatrının bölgələrə qastrol səfəri davam edir
18.12.2018
Rusiyalı jurnalist ilk kitabını Azərbaycana həsr edib
18.12.2018
Azərbaycanlı istedad dünyaca məşhur piano müsabiqəsində qalib oldu
18.12.2018
Türk dünyası üçün 2019-cu il “İmadəddin Nəsimi ili” elan olunub
18.12.2018
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 “İtalyanlar bizə çox bənzəyirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info