Ağcabədidə Milli Qəhrəman Etibar İsmayılovun xatirəsi anılıb
Tarix: 04.01.2018 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun xatirəsi onun adını daşıyan Ağcabədi rayonu Hindarx qəsəbə tam orta məktəbində anılıb. 
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, mərasimdə  Milli qəhrəman Etibar İsmayılovun ailə üzvləri, müəllimləri, döyüş dostları və rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önündə xatirəsini yad ediblər.  
 
Anım mərasimində şəhidin qəhrəmanlıqla dolu döyüş yolundan danışılıb. Tədbirdə məktəblilərin ifasında kompozisiya göstərilib. Məktəbdə yaradılan fəxri guşə ilə tanış olduqdan sonra Milli qəhrəmanın döyüş yoldaşlarının dəfn olunduğu şəhidlər xiyabanı ziyarət edilib.
 
Qeyd edək ki,  Etibar Bəylər oğlu İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. 1990-cı ildə könüllü olaraq müdafiə batalyonlarından birində Qarabağ müharibəsində bir sıra döyüşlərdə igidliklər göstərib. 1994-cü il yanvarın 4-də Xocavənd rayonunun Nərgiztəpə və Ceyil yüksəkliyi istiqamətindəki əməliyyat onun son döyüşü olub. Mühasirəyə düşən dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbara ilə özünü düşmən tankının altına atıb. Bundan sonra döyüşçü yoldaşları mühasirəni yarıb xilas olub.
 
Ümummilli lider Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 




 
Bölməyə aid digər xəbərlər
19.12.2018
AQTA jurnalistlər üçün təlimləri davam etdirir
19.12.2018
“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
19.12.2018
“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” şüarı altında növbəti qış yürüşü
19.12.2018
Yeni qaydalar neqativ halların qarşısını alacaq
19.12.2018
Korrupsiya ilə əlaqədar 100-dən çox gömrük əməkdaşı işdən azad edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10530

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info