Azərbaycanda avtomobil akkumulyatorları istehsal olunacaq
Tarix: 04.01.2018 | Saat: 16:40:00 | E-mail | Çapa göndər
Azərbaycanda avtomobil akkumulyatorlarının istehsalı təşkil olunacaq. Yaxın zamanlarda Əhmədli qəsəbəsində yerləşən AMEA Təcrübə-Sənaye Zavodunda istehsalat qurğularının tikintisi üzrə işlər başlayacaq. 2018-ci il yanvarın ilk ongünlüyündə akkumulyator istehsalı ilə məşğul olan xarici şirkətlərdən birinin rəhbəri Bakıya səfər edəcək. Səfərin məqsədi birgə istehsalın təşkil olunması ilə bağlı danışıqların keçirilməsidir.
Hazırda akkumulyatorların və litium-ion batareyalarının birgə istehsalının təşkili məqsədilə AMEA Texnoparkı Bolqarıstan, Çin və Türkiyə şirkətləri ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir: “Hazır məhsul təkcə daxili bazar üçün nəzərdə tutulmayacaq, həm də ixrac ediləcək. Texnoparkın rezidentlərinin gömrük rüsumlarından azad edildiyini və digər amilləri nəzərə alsaq “Yüksək texnologiyalar parkı”nda istehsal olunan məhsulun dəyərinin kifayət qədər rəqabətqabiliyyətli olacağını hesab etmək olar”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
 Bakıdan Sofiyaya birbaşa uçuşlara başlanıb
16.01.2018
Elektrik enerjisinə olan daxili ehtiyacın proqnozlaşdırılması üzrə qiymətləndirmə prosesi başa çatıb
16.01.2018
Brent markalı neft 70 dollara satılır
15.01.2018
Azərbaycanın ilk pambıqtəmizləmə zavodu mahlıc ixracına başlayıb
15.01.2018
“Dunya.com”: “Bu il kənd təsərrüfatı məhsullarının qiyməti artacaq”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8181

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info