Prezident təqaüdçüsü: “Yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi BANM-i seçdim”
Tarix: 04.01.2018 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Müsahibimiz Bakı Ali Neft Məktəbinin tələbəsi, Prezident təqaüdçüsü Jalə Məmmədovadır:

- Jalə, bu il qəbul imtahanlarında 700 bal toplayaraq BANM-i seçən tələbələrdən biri də sənsən. Özünü qısa oxucularımıza tanıt.
- Mən Jalə Məmmədova, 10 iyul 2000-ci ildə Ağsu rayonunda anadan olmuşam. 2006-cı ildə Xırdalan şəhərində 5 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam. Oxuduğum illər ərzində bütün fənlər üzrə seçilmişəm, 2017-ci ildə eyni adlı məktəbi Fərqlənmə attestatı ilə bitirmişəm.
- Jalə, indiyədək əldə etdiyin uğurların arasında hansı sənə daha qürurverici olub ?
- Həyatımda fəxr etdiyim anlar təbii ki, çox olub. Ümumiyyətlə, 2017-ci il mənim üçün həm çox həyəcanlı, həm də çox qürurverici bir il oldu. Düzü, may ayında keçirilən qəbul imtahanında 695 bal topladım. Amma həvəsdən düşmədim, 2-ci yay qəbul imtahanına daha əzmlə hazırlaşdım. Nəhayət ikinci imtahanda 700 bal toplayaraq Prezident təqaüdçüsü adına layiq görüldüm. Bax bu, ən çox fəxr etdiyim uğurdur.
- Maraqlıdır, necə oldu ki, məhz Bakı Ali Neft Məktəbini seçdin?
- Təbii ki, mən də imtahandan sonra seçdiyim ixtisas üzrə harada daha yaxşı təhsil ala biləcəyimi araşdırdım. Öyrəndim ki, ikili diplom, ingilis dilində təhsil, istehsalat təcrübə proqramları, məzun olduqdan sonra işə düzələ bilmək imkanları – bunların hamısının bir ünvanda ola biləcəyi yer yalnız BANM-dir. Ona görə də çox düşünmədim, seçimimi etdim. İndi artıq BANM ailəsinin bir üzvüyəm. Düşünürəm elə yaxşı ki gələcəyə gedən yolda özümə bələdçi Bakı Ali Neft Məktəbini seçdim.
- Jalə, nəticələrin göstərir ki, sən öz məqsədinə nail ola bilirsən, ona görə de görək bir tələbə öz məqsədinə nail olmaq üçün nə etməlidir?
- Məncə, hər birimiz üçün məqsədə çatmaqda ən böyük dəstək ailəmizdən gəlir. Həmçinin yaxşı dostlarımız və bizi dəstəkləyən müəllimlərimiz də irəliyə doğru addımlamaqda kömək edirlər. Ona görə də düşünürəm tələbə öz məqsədinə nail olmaq üçün yaxınlarından daim məsləhət almalıdır.
- İnsanının irəliləməsi üçün mütləq motivasiya lazımdır, bəs Jaləni adətən kim və ya nə motivasiya edir?
- Məni ən çox motivasiya edən amil məqsədimə nail olduqdan sonra yaşadığım hisslərdir. Zəhmətinin bəhrəsini görmək, bununla da həm özünü, həm də yaxınlarını sevindirmək bir bilsəniz necə gözəl hissdir.
- Jalə əminəm ki, sənin bu müsahibəni çoxlu sayda abituriyent oxuyacaq, bəs sən onlara nə məsləhət verərdin?
- Düzdür, indiyədək mənə çox abituriyent sual verib və mən demək olar ki, hamıya eyni sözləri deyirəm. Mən belə hesab edirəm ki, hər bir abituriyent ali məktəbə sənəd verməzdən əvvəl öz maraqları ilə oxumaq istədiyi ali təhsil ocağının imkanlarını müqayisə etməlidir. Özünə uyğun yeri tapmaq uğura gedən yolda ilk addımdır. Bu gün mən çox rahatam ki, ilk addımımı BANM-lə atmışam.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info