Mərkəzi Elmi Kitabxananın Türkiyənin kitabxanaları ilə əlaqələri güclənir
Tarix: 04.01.2018 | Saat: 17:07:00 | E-mail | Çapa göndər
MEK əməkdaşları Türkiyə kitabxanalarına ezamiyyə səfərinin hesabatını təqdim edib AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) əməkdaşlarının Türkiyə səfəri ilə bağlı hesabat təqdimatı keçirib. Hesabatı kitabxananın İstanbul şəhərinə ezam edilmiş əməkdaşları – MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, MEK İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova və həmin şöbənin baş mütəxəssisləri Dürdanə Ağayeva, Günay Məmmədova təqdim ediblər. Təqdimatda İstanbul şəhər kitabxanaları və ictimai qurumlar ilə baş tutmuş görüşlərin nəticələri, əldə edilmiş tətbiqi və nəzəri informasiyaların, fikir və təklif mübadilələrinin ümumi təsəvvürü canlandırılıb. Türkiyənin İstanbul Orxan Kamal Xalq Kitabxanası, Süleymaniyə Əlyazma Əsərlər Kitabxanası, Atatürk Kitablığı, İslam Araşdırmaları Mərkəzi (İSAM) Kitabxanası, Bəyazit Dövlət Kitabxanası, Ahmet Hamdi Tanpınar Ədəbiyyat Müzeyi Kitabxanası və İstanbul Azərbaycan Kültür Evi dərnəyində olan MEK əməkdaşlarına ziyarət etdikləri hər bir qurum haqqında ətraflı bilgilər verilib. Slayd üzərindən təqdim edilən məlumatlarda adı çəkilən kitabxanaların tarixi, fəaliyyəti, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təhcizatı, mövcud imkanları barədə danışılıb, maraq çəkən cəhətləri qeyd olunub. Bildirilib ki, ziyarət əsnasında MEK əməkdaşları Mərkəzi Elmi Kitabxananın çoxşaxəli fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları, həyata keçirdiyi layihə və təşəbbüslər haqqında İstanbullu həmkarlarına geniş məlumat verib, kitabxanaların hər birinə Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini və qədim tarixini əks etdirən kitablar bağışlayıblar. İstanbul Orxan Kamal Xalq Kitabxanası, Süleymaniyə Əlyazma Əsərlər Kitabxanası, Atatürk Kitablığı, İSAM Kitabxanası, Ahmet Hamdi Tanpınar Ədəbiyyat Müzeyi və Bəyazit Dövlət Kitabxanalarının, İstanbul Azərbaycan Kültür Evinin rəhbərləri MEK əməkdaşlarının ziyarətindən məmnunluqlarını ifadə edib, MEK-ə kitab və rəsmlər təqdim ediblər. Müzakirələrdən sonra, Mərkəzi Elmi Kitabxana haqqında geniş təsəvvürə sahiblənən, xüsusilə Azərbaycana aid strateji informasiyanın elektron formatda cəm olunub, dünya oxucusu üçün əlçatan edildiyi Milli Rəqəmsal Yaddaş layihəsinin üstünlüklərinə və Vahid Qeydiyyat Sisteminin iş prinsiplərinə maraq göstərən müəssisə rəhbərləri əməkdaşlıq təkliflərini səsləndirib və iş birliyinin təşkili üçün birgə konfransın keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Təqdimatın sonunda geniş müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları müqayisəli təhlillər əsasında cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
İdman yarışlarında və müsabiqələrdə uğur qazanan tələbələr mükafatlandırılıb
16.01.2018
Andrea Soner: “Dinlərarası dialoqun inkişaf etdirilməsi Azərbaycanda prioritet istiqamətdir”
16.01.2018
Jurnalist İradə Sarıyevanın kitabının təqdim etmə mərasimi keçirilib
16.01.2018
Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlanıb
16.01.2018
Naxçıvanın müdafiəsində iştirak edən Əli bəy Əzimbəyov kim olub?

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8184

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 Ərdoğan: “2019-cu il seçkilərində mübarizə milli olanlarla ipi xaricdə olanlar arasında gedəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info