Rusiya “Hmeymim” aviabazasına hücum olduğunu təsdiqlədi
Tarix: 05.01.2018 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Hazırda hücumda iştirak edən silahlıların axtarışı və məhv edilməsi, habelə aviabaza ətrafındakı ərazinin qorunması rejiminin gücləndirilməsi istiqamətində tədbirlər görülür”
Suriyada “Hmeymim” aviabazasına hücum nəticəsində iki hərbçi ölüb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. “2017-ci ilin dekabrın 31-də axşam saatlarında “Hmeymim” aviabazasına silahlılardan ibarət mobil təxribat qrupunun hücumuna məruz qalıb. Nəticədə iki hərbçi ölüb”, - deyə nazirliyin məlumatında deyilir. Bildirilir ki, hazırda Suriyanın təhlükəsizlik orqanları tərəfindən hücumda iştirak edən silahlıların axtarışı və məhv edilməsi, habelə aviabaza ətrafındakı ərazinin qorunması rejiminin gücləndirilməsi istiqamətində tədbirlər görülür. Eyni zamanda qeyd olunur ki, hücum nəticəsində 7 hərbi təyyarənin məhv edilməsi haqqında xəbər yalandır. Xatırladaq ki, terrorçuların Rusiyanın "Hmeymim" aviabazasına hücumunun nəticələri barədə müxtəlif məlumatlar yayılır. Məsələn, “Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən yazıb ki, minaatanlardan açılan atəş nəticəsində Rusiyaya məxsus 4 ədəd Su-24 bombardmançı təyyarəsi, 2 ədəd Su-35S çoxtəyinatlı qırıcı təyyarəsi və 1 ədəd An-72 hərbi-nəqliyyat təyyarəsi məhv edilib. Həmçinin, döyüş sursatları olan anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir. Qeyd edək ki, daha əvvəl yayılan məlumatda bazanın atəşə tutulduğu bildirilmişdi. Daha sonra məlumat yayıldı ki, bazanın yaxınlığında Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb və iki pilot həlak olub.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb
09.12.2018
Brüsseldə polis `sarı jiletlər`in aksiyasını dayandırmağa çalışır
08.12.2018
Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir
08.12.2018
ABŞ Macarıstana təzyiq edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info