Bayram günlərində Bakı-Tbilisi-Bakı qatarı ilə 16 mindən çox sərnişin daşınıb
Tarix: 04.01.2018 | Saat: 21:00:00 | E-mail | Çapa göndər
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Yeni təqvim ili ərəfəsində, istirahət günlərində gücləndirilmiş iş rejimində çalışıb. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, bayram günlərində sərnişin sıxlığını qismən də olsa azaltmaq üçün ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilib. “Bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 73 vaqon qoşulub. Bayram günlərində (yeddi gün ərzində) yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında cəmi 16 404 nəfər sərnişin daşınıb. Bu da adi iş günlərində daşınan normadan iki dəfə çoxdur”, - deyə məlumatda bildirilir.




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
19.01.2018
Mərkəzi Bank 250 milyon manat cəlb edir
18.01.2018
Ötən il qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon dollar olub
18.01.2018
Dünyanın ən böyük üçüncü ixrac sektoru turizmdir
18.01.2018
Azərbaycan avtomobil şinləri istehsalına başlaya bilər

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8205

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info