İzmirdə Bakı Parkı salınır
Tarix: 05.01.2018 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Tarixi və etnik köklərə bağlı olan Azərbaycan və Türkiyə arasındakı təbii yaxınlaşma ümumi maraqlar ətrafında səylərin birləşməsinə, gələcəyin möhkəm təməllər üzərində qurulmasına hüdudsuz imkanlar yaratmaqdadır.
Ulu öndər Heydər Əliyevin “Bir millət-iki dövlət” adlandırdığı Azərbaycan-Türkiyə və onların analoqu olmayan əlaqələri yüksək bir səviyyədə inkişaf etməkdədir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə Cümhuriyyəti, türk xalqı ilə Azərbaycan Respublikasını, Azərbaycan xalqını bağlayan qırılmaz tellər var. Heç şübhəsiz ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələrini İzmirə gətirən də bu bağlılıqdır. Fövqəladə və səlahiyyətli səfir Xəzər İbrahim və səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2018-ci il ərəfəsində Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdə olub, burada bir çox işgüzar görüşlər keçiriblər.
Səfirin İzmir şəhərinə səfəri salınmaqda olan Bakı Parkı ilə tanışlıqla başlayıb. İzmir şəhərində fəaliyyət göstərən “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”nin sədri Asif Qurban yeni layihə haqqında məlumat verərək, hələ sovetlər dönəmində İzmir ilə Bakı şəhərlərinin qardaşlığından və vaxtilə qurulmuş əlaqələrdən danışıb. İzmirdə Bakının adını daşıyan bir parkın salınması üşün İzmir Böyük Şəhər Bələdiyəsinə müraciət etdiklərini və bu istəklərinin cavabsız qalmadığını, şəhərin ən gözəl yerlərindən birində bu məqsədlə yer ayrıldığını bildirib.
Daha sonra səfir Xəzər İbrahim İzmir Şəhər İcra Hakimiyyəti və İzmir Böyükşəhər Bələdiyəsində olub. Səfir bu görüşlərdə Egey bölgəsinin bütün Azərbaycan üçün də önəmli bir yer olduğunu bildirib. İzmir Böyükşəhər Bələdiyəsinə İzmirdə yaşayan azərbaycanlıları birləşdirən “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”nin müraciətinə hörmətlə yanaşdıqlarına, tikilməkdə olan “Bakı Parkı” üçün olduqca gözəl bir məkanda yer ayrılmasına görə təşəkkür edib. Parkın açılış mərasiminin 2018-ci ildə keçirilməsi planlaşdırılır.
Səfir Xəzər İbrahim İzmir səfəri çərçivəsində Türkiyənin ən tanınmış dövlət universitetlərindən olan Egey Universitetinin rektörü prof. Nəcdət Budak və Dokuz Eylül Universitetinin rektoru prof. Erdal Çeliklə ilə də görüşüb. Görüşlərdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində aprılan məsələlərdən danışılıb, bu universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin problemlərinə toxunulub.
Egey Universiteti Türk Dünyası Araşdırmaları İnistutunun konfrans salonunda “Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans da keçirilib. Səfir Xəzər İbrahimin məruzəsi konfrans iştirakçısı olan universitet müəllimləri, siyasi partiyalar və qeyri-hökümət təşkilatlarının nümayəndələri, eləcə də çoxsaylı xarici və azərbaycanlı tələbələr tərəfindən maraqla qarşılanıb. Konfransın sonrunda məruzə üçün minnətdarlığını bildirən Egey Universitetinin rektörü prof. Nəcdət Budak səfirə təşəkkür plaketi təqdim edib. Konfrans sonrası da “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti” tərəfindən təşkil olunan kokteyldə Azərbaycan vətəndaşları, tələbələr, universitet müəllimləri və yerli vətəndaşlarla dialoq və onların çoxsaylı suallarının cavablandırılması davam etdirilib.
Günün sonunda Səfir Xəzər İbrahim, “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”nin ev sahibliyi və təşkilatçılığı ilə İzmirin aparıcı iş adamları, onların təmsilçisi olduğu təşkilatlarının rəsmiləri ilə toplantıda görüşüblər.
İzmir şəhərinə səfərinin ikinci günündə səfir Xəzər İbrahim Egey bölgəsinin ən böyük sənaye rayonu olan Əliağaya gəlib, Azərbaycan dövlətinin ən böyük xarici investisiyalarının qöyulduğu “Petkim”, “Star Rafinəsi” və “Petlim” şirkətlərində olub. Şirkətlərə gəzintidən sonra “Heydər Əliyev adına litsey”də Ümummilli Liderin vəfatının ildönümünə həsr olunmuş tədbirdə iştirak edib. Tədbirdə Heydər Əliyevin həyat yolundan, fəaliyyətindən, dünya liderlərinin bu böyük şəxsiyyətə verdikləri dəyərdən bəhs edilib. Heydər Əliyevin sadəcə Azərbaycan üçün deyil, Türkiyə və bütün türk dünyası üçün önəmli bir lider olduğu vurqulanıb.
İzmir səfərinin 3-ü günündə səfir Xəzər İbrahim İzmir universitetlərində rezidentura təhsili alan həkim-tələbələrlə, eləcə də “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”nin ofisində İzmirdəki Azərbaycan icması, diaspora fəalları və müxtəlif qeyri-hökümət təşkilatlarının rəhbərləri ilə görüşüb. Səmimi bir şəraitdə keçən görüşdə, cəmiyyətin sədri Asif Qurban, səfirin Türkiyənin bir çox vilayətində olmasını, burada yaşayan azərbaycanlılarla, onların problemləri ilə yaxından tanışlığını yüksək dəyərləndirib. O, qeyd edib ki, səfirin növbəti səfərinin İzmirə olması, “Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Cəmiyyəti”ni ziyarət etməsi burada yaşayan azərbaycanlılar üçün də stimul olub. Asif Qurban çıxışında cəmiyyətin həyata keçirdikləri işlər haqqında da məlumat verib.
Səfir Xəzər İbrahim çıxışında tədbir iştirakçılarına təşəkkür edib, səfirliyin fəalliyətindən bəhs edərək, diaspora sahəsində həyata keçirilməsi vacib olan məsələlər, iki qardaş ölkə arasında əlaqələrin möhkəmləndirilməsindən və xalqlarımızın bir-birlərini daha yaxından tanıması üçün görüləcək işlərdən, diaspor təşkilatlarının bu sahədəki önəmli fəaliyyətindən danışdı, bir sıra tövsiyələr verib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info