Azərbaycan neftinin qiyməti bahalaşıb
Tarix: 05.01.2018 | Saat: 13:17:00 | E-mail | Çapa göndər
Azərbaycan neftinin qiyməti son 3 ilin maksimumuna çatıb. “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1 faizədək bahalaşaraq 70,54 dollar olub. Bu, son 3 il 1 ayda qeydə alınan ən yüksək qiymət göstəricisidir.
Belə ki, “AzəriLayt”ın bir barreli sonuncu dəfə 2014-cü il dekabrın 5-də 70,60 dollara satılıb. Həmin gündən sonra ucuzlaşmağa başlayan Azərbaycan neftinin bir barrelinin qiyməti 2015-ci ildə 38-70 dollar arasında dəyişib.
“AzəriLayt”ın bir barreli 2016-cı il yanvarın 21-də minimuma – 28,82 dollar/barrelə enib. Daha sonra nisbətən bahalaşan Azərbaycan nefti 2016-cı ildə 28-57 dollar/barrel arasında dəyişib.
2017-ci ilin əvvəlində isə 57 dollara satılan “AzəriLayt”ın bir barreli ilin ortalarında 46 dollara geriləsə də dekabrda 69 dollaradək bahalaşıb.
Qeyd edək ki, Azərbaycan neftinin bir barreli 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollara, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollara satılıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.04.2018
Təhsil naziri: “İslahatların dərinləşməsi əsas istiqamət olacaq“
25.04.2018
Tahir Mirkişili: “Sənaye məhəllələrində yüksək texnologiyaların tətbiqi regionlarda iqtisadiyyatın inkişafında mühüm rol oynayır”
25.04.2018
Vergiödəyiciləri ilə 75 görüş keçirilib, 10173 ünvanlı xidmət göstərilib
25.04.2018
“Türk Hava Yolları” şirkəti “Troya” tematik təyyarəsini təqdim edib
25.04.2018
Təbriz küçəsinin bir hissəsində yenidənqurma işləri yekunlaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9092

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 İlham Əliyevin andiçmə mərasimi olub
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”
5 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info