Ərdoğan ABŞ-ı İranın daxili işlərinə qarışmaqda günahlandırıb
Tarix: 05.01.2018 | Saat: 14:07:00 | E-mail | Çapa göndər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ başda olmaqla, bir sıra ölkələrin İran və Pakistanın daxili işlərinə qarışmasının düzgün olmadığını bəyan edib.
 
Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, İraq, Suriya, Liviya, Tunis, Sudan və Çad nümunəsi bu yanaşmanın səhv olduğunu ortaya qoyub.
 
Türkiyə prezidenti qeyd edib ki, qarışıqlıq yaradılan ölkələrin hamısı İslam ölkəsidir: “Bu ölkələrdə zəngin yeraltı sərvətlər var, bu sərvətləri ələ keçirmək üçün addımlar atırlar. Bu həqiqəti Türkiyə xalqı və bütün digər xalqların bilməsi lazımdır. Buna görə də baş verən proseslərə baxışların dəyişməsi gərəkdir. Birilərini yalnız qoymaq istəyənlərin özləri yalnız qalacaq”.
 
R. T. Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefonla danışdığını və H. Ruhaninin həftə sonuna qədər proseslərin normallaşacağını bildirdiyini açıqlayıb:  “Artıq dünəndən İranda proseslər normallaşmağa başlayıb. Həsən Ruhaninin aksiyaların İran xalqının demokratik haqları ilə bağlı olduğu barədə bəyanatı prosesləri yumşaldıb”.




 
Bölməyə aid digər xəbərlər
27.04.2018
Mayk Pompeo ABŞ-ın dövlət katibi vəzifəsinə təsdiq edilib
26.04.2018
Brüsseldə Suriya üzrə beynəlxalq konfrans keçirilib
26.04.2018
ABŞ gəmiləri Xəzərdə peyda ola bilər: Pentaqon “Aktau”da baza yaradır
26.04.2018
“Yüksələn Avrasiyada Türkiyə-Rusiya əlaqələrinin gələcəyi” 
26.04.2018
Hindistanda AXC-nin 100 illiyinə həsr olunan tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9101

1 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
2 TADF erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
3 Fuad Muradov xaricdəki azərbaycanlılara müraciət edib
4 Ermənistanın ifşası üçün növbəti geopolitik həmlə...
5 Rusiyalı və Azərbaycanlı Tarixçilərin Assosiasiyası yaradılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info