UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb
Tarix: 05.01.2018 | Saat: 15:45:00 | E-mail | Çapa göndər
UNEC-də təhsilin doktorantura və dissertantura pilləsinə qəbula start verilib. Qəbul fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələri, eyni zamanda dissertanturada “daxili fiskal siyasət və dövlət maliyyəsi”, “ekonometriya-iqtisadi statistika”, “mühasibat uçotu,” “iqtisadi nəzəriyyə”, “ümumi iqtisadiyyat”, “dünya iqtisadiyyatı”, “qida məhsullarının texnologiyası”, “maşınlar, avadanlıqlar və proseslər” və “istehsalın təşkili (sahələr üzrə)” ixtisasları üzrə aparılır. Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunur. Dissertantura üzrə müsabiqədə iştirak edən namizədlər, müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətlərə, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdır. Yüksək nüfuzlu beynəlxalq jurnallarda məqalə dərc etdirən namizədlərə üstünlük veriləcək. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirəcəklər. Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu 22 yanvar 2018-ci ilədək hər həftənin I-V günləri saat 10.00-dan 16.00-dək aparılır. Qəbul imtahanları isə yanvarın 26-da başlanacaq.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.01.2018
Ədəbiyyat İnstitutunda 20 Yanvar faciəsinin ildönümü anılıb
18.01.2018
DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib
18.01.2018
 Məktəblilərə zəruri biliklər verilib
18.01.2018
ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2018
“20 Yanvar tariximizə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub”

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8198

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub
5 “2018-ci ildə də Azərbaycanın idman uğurlarının sayı çoxalacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info