“Fond mövqeyindən asılı olmayaraq, bütün qəzetlərə eyni münasibət bəsləyir”
Tarix: 05.01.2018 | Saat: 15:46:00 | E-mail | Çapa göndər
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli “Hürriyyət” qəzetinin qurumun ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirb. APA-nın xəbərinə görə, Vüqar Səfərli deyib ki, Fond fəaliyyət göstərdiyi dövrdə mövqeyindən asılı olmayaraq, bütün qəzetlərə eyni münasibət bəsləyib və ayrı-seçkiliyə yol verməyib: "Fondun il ərzində elan etdiyi müsabiqələrin elanında əksini tapmış şərt və meyarlara cavab verən qəzetlərin maliyyə yardımı müraciətləri müsbət cavablandırılıb. Fondun Müşahidə Şurasının iclaslarında qəzetlərin müraciətlərinə şəffaf, ədalətli, obyektiv şəkildə baxılır və qiymətləndirilir. Qəzetlərin dövriliyi, tirajı və yayımı nəzərə alınmaqla, maliyyə yardımının ayrılması barədə qərar qəbul olunur. Bildirmək istərdim ki, KİVDF-yə qarşı ünvanlı ittihamla çıxış edən "Hürriyyət" qəzeti iki il altı aydır ki, Fondun maliyyə yardımı müsabiqələrində iştirak edir. Fondla imzaladığı müqavilə əsasında layihənin həyata keçirilməsi müqabilində, müvafiq şərtlərə uyğun olaraq, qəzetə hər ay 1500 manat məbləğində maliyyə yardımı göstərilib. Fonddan ayrılan vəsaitlərin artırılması ilə bağlı bizə digər qəzetlərdən də müraciətlər daxil olub. Lakin son 3 ildə Fonda dövlət büdcəsindən ayrılmış vəsaitlərin həcmi sabit saxlandığına görə, həmin müraciətlər müsbət həllini tapmayıb. Şübhəsiz, gələcəkdə Fonda ayrılan maliyyə vəsaitləri artırılarsa, digər mətbuat orqanları kimi, "Hürriyyət" qəzetinə ayrılan vəsaitin artırılması məsələsinə də baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, "Hürriyyət" qəzetinin Fondun ünvanına səsləndirdiyi ittihamların heç bir əsası olmadığını və qərəzli xarakter daşıdığını bildirmək istərdik. Qəzetin Fondun ayırdığı maliyyə vəsaitindən imtina etməsinə gəlincə, bu, onların şəxsi işidir. Əgər maliyyə yardımının ayrılması barədə müqaviləni təsdiq etməyəcəklərsə, bu ilin birinci yarısı üçün qəzetə ayrılmış maliyyə vəsaitinin ödənilməsi dayandırılacaq".




 
Bölməyə aid digər xəbərlər
16.01.2018
Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
16.01.2018
“Britaniyanın Avropa İttifaqında qalmaq şansı hələ var”
16.01.2018
“ASAN xidmət” Monteneqro mətbuatında
16.01.2018
“Braziliya Dünya Kubokunu qazana bilər”
15.01.2018
Azərbaycanın turizm imkanları Ukraynanın yüksək reytinqli televiziya kanalında 

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8188

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info