“ABŞ və Türkiyə arasında imzalanan hüquqi sənədlər qüvvəsini itirir”
Tarix: 05.01.2018 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


“ABŞ-ın bir sıra ölkələrin, o cümlədən İran və Pakistanın daxili işlərinə qarışması düzgün deyil. İraq, Suriya, Liviya, Tunis, Sudan və Çad nümunəsi bu yanaşmanın səhv olduğunu ortaya qoyub”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York Məhkəməsinin Jürisinin “Halkbank”ın baş direktorunun müavini Mehmet Hakan Atilla ilə bağlı qərarına münasibət bildirib.
Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan deyib ki, ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı. Türkiyə prezidenti bildirib ki, ABŞ ədalət anlayışını gözdən keçirməlidir: “Belə bir ədalət anlayışı ola bilməz. Bundan sonra dünyaya ədalət dərsi verməsinlər. Mənim ölkəmdə çevriliş cəhdi edənlərə ölkələrində 400 hektar ərazi ayırıb, generallar kimi yaşadırlar, Türkiyədə çıxarılan heç bir məhkəmə qərarına hörmətlə yanaşmırlar. ABŞ-a Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı 100-ə qədər qovluqda sənəd göndərilib, Türkiyədə çıxarılan heç bir qərarı nəzərə almırlar. Elədirsə, beynəlxalq hüquq, iki ölkə arasında bağlanan hüquqi anlaşmalar nəyə yarayır? Hökmünü itirir. Bundan sonra proseslər belə davam edəcək”. Qeyd edək ki, keçən ilin mart ayında da ABŞ-a səfər etmiş Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Hakan Atilla amerikalı polislər tərəfindən həbs edilib. ABŞ Prokurorluğu H. Atillanı bundan öncə həbs olunmuş türkiyəli sahibkar Rza Zərrabla əlaqəli olmaqda ittiham edib. ABŞ tərəfi Atillanın Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib. Bu günlərdə ABŞ-ın İran embarqosunu pozmaqda ittiham edilən H. Atillanın Nyu-Yorkda baş tutan 4 həftəlik məhkəmə prosesinin ardınca qərar verilib. Jüri Atillanın İrana embarqonu pozmağa yardım etməkdə günahkar sayıb. Ümumiyyətlə, Atilla ABŞ investisiya qanununu pozaraq bank saxtakarlığı da daxil olmaqla, ona qarşı yönəldilən 6 ittihamdan 5-də günahkar elan edilib. Onun cəzası aprelin 11-də açıqlanacaq. Türkiyənin xarici işlər naziri Çavuşoğlu bildirib ki, Atillanın həbsi “FETÖ” tərəfindən həyata keçirilib. Baş nazirin müavini Bəkir Bozdağ isə Atilla və Zərraba qarşı məhkəmə işini Ankaraya qarşı qurulan oyun kimi dəyərləndirib. Türkiyə prezidenti ABŞ-ın bir sıra ölkələrin, o cümlədən İran və Pakistanın daxili işlərinə qarışmasının düzgün olmadığını bəyan edib. Ərdoğan deyib ki, İraq, Suriya, Liviya, Tunis, Sudan və Çad nümunəsi bu yanaşmanın səhv olduğunu ortaya qoyub. Türkiyə prezidenti qeyd edib ki, qarışıqlıq yaradılan ölkələrin hamısı İslam ölkəsidir: “Bu ölkələrdə zəngin yeraltı sərvətlər var, bu sərvətləri ələ keçirmək üçün addımlar atırlar. Bu həqiqəti Türkiyə xalqı və bütün digər xalqların bilməsi lazımdır. Buna görə də baş verən proseslərə baxışların dəyişməsi gərəkdir. Birilərini yalnız qoymaq istəyənlərin özləri yalnız qalacaq”. Ərdoğan İran prezidenti Həsən Ruhani ilə telefonla danışdığını və H. Ruhaninin həftə sonuna qədər proseslərin normallaşacağını bildirdiyini açıqlayıb: “Artıq İranda proseslər normallaşmağa başlayıb. Həsən Ruhaninin aksiyaların İran xalqının demokratik haqları ilə bağlı olduğu barədə bəyanatı prosesləri yumşaldıb”.
Anar




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
“Ordumuz hər an düşmən təxribatının qarşısını almağa hazır olmalıdır”
16.06.2018
“TANAP Gürcüstanın tranzit potensialını artıracaq”
15.06.2018
İlham Əliyev və Nikol Paşinyan görüşü barədə danışmaq hələ tezdir
15.06.2018
“Gürcüstanın TANAP-ın açılışında yüksək səviyyədə iştirak etməməsi ölkədaxili siyasi vəziyyətlə bağlıdır“
14.06.2018
“Bu ilin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır“

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9418

1 Yaponiyada Azərbaycanın biznes mühiti ilə bağlı seminar keçiriləcək
2 Qazın qiyməti artdı, Paşinyan batdı..
3 “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti“ kitabının təqdimatı keçirilib
4 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
5 Prezident TANAP-ın açılışında iştirak etmək üçün Türkiyəyə gedib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info