“Müqəddəs məscidləri dağıtmış təcavüzkar ölkə müsəlman ölkəsinin dostu ola bilməz”
Tarix: 05.01.2018 | Saat: 20:10:00 | E-mail | Çapa göndər
“Ermənistanın mədəni dəyərlərə və irsə qarşı terrorçu fəaliyyəti hər kəsə məlumdur”

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu tədbirlərdən biri kimi, ermənilər tərəfindən törədilən təxribatlarla bağlı dünya mətbuatında yazılar dərc olunur.
Müqəddəs məscidləri dağıtmış təcavüzkar ölkə müsəlman ölkəsinin dostu ola bilməz. Bu barədə Pakistanın “Daily Times”, “National Courier”, “Election Times” qəzetlərində və bu qəzetlərin elektron səhifələrində dərc olunmuş məqalədə bildirilir.
Məqalədə yeni yaradılmış Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının Ermənistanı qəzəbləndirdiyi, Pakistan, Azərbaycan və Türkiyənin strateji tərəfdaş olduqları, bu üç ölkə arasındakı diplomatik münasibətlərin qarşılıqlı hörmətə, eyni zamanda tarixi, dini və siyasi ortaq cəhətlərə əsaslandığı qeyd olunur.
Həmçinin bildirilir ki, diplomatik münasibətlər qurulandan bəri bu ölkələrin hökumətləri və siyasi rəhbərləri dostluq və qardaşlıq bağlarının daha da inkişafına və möhkəmləndirilməsinə çalışır.
Eyni zamanda bildirilir ki, Ermənistan terrorizmin qaynağı, Azərbaycana və Türkiyəyə qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş təcavüzkar ölkədir və onun ərsəyə gətirdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ermənistanın özü Cənubi Qafqaz, həmçinin Avropa üçün potensial təhlükəsizlik təhdididir: "Ermənistanın vaxtı keçmiş və hazırda dünyada ən təhlükəli sənaye obyektlərindən olan Metsamor AES də Cənubi Qafqaz və Avropa İttifaqı üçün təhlükə olmağa davam edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), ABŞ və digər Qərb dövlətləri Metsamor AES-in yenidən işə salınmasına öz etirazlarını bildiriblər. Rəsmi Vaşinqton inanır ki, 407 meqavat gücündəki Metsamor reaktoru dünyada ən təhlükəli reaktorlardan biridir. Avropa İttifaqı da öz növbəsində AES-i bütün region üçün ciddi təhlükə hesab edir. Öz əhalisini qorumaq üçün region ölkələri olan Azərbaycan, Türkiyə və Gürcüstan da dəfələrlə Ermənistanı vaxtı keçmiş Metsamor AES-i dərhal bağlamağa çağırıblar. Bütün bunlara baxmayaraq, Ermənistan hələ də nüvə təhlükəsizliyinə ciddi əhəmiyyət vermir və bu, eyni zamanda AEBA protokollarının da pozulmasını açıq göstərir".
Məqalədə vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan hər zaman dialoqa hazır olsa da, Ermənistan özünün işğalçılıq siyasətinin nəticələrini möhkəmləndirmək və qəbuledilməz və davamlı olmayan status-kvonu qoruyub saxlamaq üçün ardıcıl tədbirlər həyata keçirir: "İşğal olunmuş ərazilərdə hərbi təlimlərin, siyahıya almanın keçirilməsi, suriyalı ermənilərin həmin ərazilərdə məskunlaşdırılması, referendum və seçkilərin keçirilməsi beynəlxalq hüququn və atəşkəs sazişinin ciddi şəkildə pozulması deməkdir".
Məqalədə diqqətə çatdırılır ki, Ermənistan qeyri-qanuni olaraq işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişir: “Ermənistanın mədəni dəyərlərə və irsə qarşı terrorçu fəaliyyəti hər kəsə məlumdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan və Azərbaycan əraziləri işğal olunandan bəri ermənilər Azərbaycanın zəngin mədəni sərvətlərini talayıblar. Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mədəni, irsi, müqəddəs və tarixi yerlərini, islam aləminə aid abidələrini məhv edir”(Trend).
Müəllif xatırladır ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və yeddi ətraf rayonu tərk etməsi ilə bağlı dörd qətnamə qəbul edib və beynəlxalq güclərin və təşkilatların ikili standartları səbəbindən bu günə qədər həmin qətnamələr yerinə yetirilməyib.
Pakistanın münaqişəyə dair mövqeyi ilə bağlı məqalədə qeyd olunur ki, Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tam dəstəkləyir: “Pakistan Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin yerinə yetirilməsini daim tələb edir və beynəlxalq ictimaiyyəti və təşkilatları da Ermənistanı bu qətnamələrin icrasına vadar etməyə çağırır. Bu ölkə, həmçinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində göstərdiyi səylərin tərəfdarı kimi mütəmadi çıxış edir”.
Müəllif yazır ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında böyük sosial-iqtisadi inkişaf, geosiyasi sabitlik və geostrateji əhəmiyyət əldə edib: "Ermənistanın makro-iqtisadi inkişafı isə ölkədən kütləvi beyin axını ilə səciyyələnir. Azərbaycan hazırda Cənubi Qafqazın iqtisadi lideri və Xəzər hövzəsi regionunda da əhəmiyyətli iqtisadi aktordur.”
Ermənistanın Türkiyəyə qarşı soyqırımı iddialarının siyasi xarakter daşıdığını, ermənilərin Birinci Dünya müharibəsi zamanı Türkiyə ərazisində, Anadoluda, 1918-ci ildə Bakıda, Azərbaycanın digər şəhərlərində, 1992-ci ildə Xocalıda törətdikləri soyqırımı və vəhşilikləri dünya ictimaiyyətinə unutdurmağa çalışdıqları bildirilir. “Trend” agentliyinin məlumatına görə, müəllif bu media nümayəndələrinə və Ermənistanın cəhdlərinə cavab olaraq, Pakistan-Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq, yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu, qarşılıqlı inama, hörmətə, tarixi mənəvi dəyərlərə, adət-ənənələrə əsaslandığını və möhkəm tellərlə bağlandığını qeyd edir. İşğal olunmuş Azərbaycan torpaqlarında islam mədəniyyətinə aid müqəddəs məscidlərimizi, digər dini abidələrimizi dağıtmış Ermənistanın heç vaxt müsəlman ölkəsinin səmimi dostu olmayacağı vurğulanır.

“Bu dəfə düşmənə
zərbəmiz daha ağır olacaq”


Yeri gəlmişkən qeyd edək ki,yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 24 il ötür. Bu münasibətlə 1994-cü ildə Füzuli rayonunun 21 kəndinin və Horadiz qəsəbəsinin düşmən işğalından azad olunmasında iştirak etmiş 702 saylı briqadanın keçmiş döyüşçüləri dünən Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Sonra briqadanın keçmiş döyüşçüləri Şəhidlər xiyabanında döyüş yoldaşlarının məzarlarını ziyarət ediblər.
Ziyarətə həmin hərbi hissənin əsgər və zabitləri, həmçinin hazırda Silahlı Qüvvələrin sıralarında xidmətini davam etdirən zabit heyəti qatılıb.
Hərbi hissənin zabiti olmuş Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elxan Zülfüqarovun məzarı önündə çıxış edən 702 saylı hərbi hissənin sabiq komandiri, polkovnik Şair Ramaldanov qeyd edib ki, Horadiz əməliyyatı 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olub. Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub.
“Həmin döyüşlərdə düşmənə güclü zərbə endirdik, şəhidlərimizin qisasını aldıq. Biz torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik. Bu dəfə düşmənə zərbəmiz daha ağır olacaq”, - deyə polkovnik Şair Ramaldanov bildirib.
Qeyd olunub ki, Azərbaycan Ordusu həmin döyüşlərdə düşmənə öz gücünü göstərib. Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirilib.
Ulu öndər Heydər Əliyevin göstərişi ilə Horadizdə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. Ötən dövrdə təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. İşğaldan azad edilmiş həmin yaşayış məntəqələrində hazırda 60 mindən artıq əhali yaşayır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.01.2018
“Holland müəllimlərə Qarabağdan, Xocalı soyqırımından danışandan sonra çox təsirləndilər”
12.01.2018
Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT sədrinə müraciət olunub
11.01.2018
“Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalır”
10.01.2018
İşğalçılıq siyasətinin nəticəsi: Ermənistan vətəndaşlığından imtina edənlərin sayı artır
09.01.2018
“Ermənistanın Rusiyada terrorizm ideologiyasını necə müdafiə etməsi ilə bağlı xeyli sayda sənədlər var”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8181

1 Norveçdə bələdiyyəyə seçilən ilk azərbaycanlı xanım
2 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
3 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
4 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
5 “Azərbaycan Hava Yolları” işə qəbul elan edir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info