Kanadalı generaldan xəbərdarlıq: “İŞİD” gizli müharibəyə başlayır
Tarix: 06.01.2018 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Kanadalı general-mayor Mayk Rulo İraq və Suriyadakı məğlubiyyətdən sonra “İŞİD” terror qrupunun yenidən gizli müharibəyə başlaya biləcəyi etimalı ilə çıxış edib. Bu barədə CBC agentliyi xəbər verir. “İŞİD” bundan sonra nələr edə bilər? Doğrudan da, əgər onlar hər hansı bir əraziyə nəzarət etməsələr də, açıq hərbi varlığa malikdirlər.
Bundan əlavə, onların bəzi daxili rayonlarda ağır silahlara malik olduqlarını da nəzərə alsaq, böyük ehtimalla, onların gizli müharibə aparacaqları şübhəsizdir” - deyə kanadalı zabit bildirib. General-mayor Rulo, hələ ki, “ölməyən terror təşkilatı” olan “İŞİD”-lə mübarizə üçün tövsiyələr hazırlayıb. Kanadalı general, həmçinin Suriya və İraqda qalan terrorçulara qarşı mübarizə zamanı Kanada ordusunun hansı rol oynayacağının aydın olmadığını da qeyd edib. Xatırladaq ki, ötən il dekabrın 20-də ABŞ prezidenti Donald Tramp koalisiya qüvvələrinin, demək olar ki, bütün Suriya və İraq ərazisini “İŞİD”-dən azad etdiyini bəyan etmişdi. Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin Bingöl əyalətində yarım il ərzində “İŞİD”-lə əlaqədə şübhəli bilinən 26 nəfər saxlanılıb. Əməliyyat Milli Kəşfiyyat Təşkilatının əməkdaşlarının iştirakı ilə iyulun 24-dən dekabrın 28-dək keçirilib. Reyd zamanı partlayıcı qurğular, partlayıcı maddələrin istehsalı üçün nəzərdə tutulmuş avadanlıq, 4,6 min dollar və ov tüfəngləri aşkarlanaraq götürülüb. Əməliyyatlar, həmçinin İstanbul, Adana, İzmir və Kilis əyalətlərində keçirilib. Suriya və İraqda “İŞİD”-lə münaqişə başlayandan bu vaxtadək Türkiyədə bu terror qruplaşması ilə əlaqəli 5000-dən çox şəxs saxlanılıb, 95 ölkə vətəndaşı olan 3290 şəxs deportasiya olunub, 38 min şəxsin ölkəyə girişinə qadağa qoyulub. Məlumata görə, 350 nəfəri əcnəbi olmaqla, azı 780 nəfər həbs edilib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info